İordaniya Haşimilər Krallığı
Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ikitərəfli münasibətlər
İordaniya 28 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini tanımışdır.
1993-cü ilin 13 fevral tarixində Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında siyasi əlaqələr yüksək səviyyəyə çataraq, hərtərəfli əməkdaşlıq üçün əlverişli əsas yaratmışdır. İllər ərzində baş tutan səfər mübadilələri, görüş və təmaslar, eləcə də işgüzar dairələr arasında birbaşa əlaqələr qarşılıqlı əməkdaşlıq gündəliyini iqtisadi, turizm, ticarət, mədəniyyət, təhsil və digər sahələrdə zənginləşdirmişdir. İkitərəfli əlaqələrdə müsbət dinamikanın davamlılığı əhatəli inkişaf qarşısında yeni üfüqlər vəd edir. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində İordaniya Haşimilər Krallığı Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi səfərləri:
29-30 iyul 2007;
12-13 oktyabr 2009.
- İordaniya Haşimilər Krallığının Kralı əlahəzrət II Abdullah İbn Əl-Hüseynin rəsmi səfərləri:
22-23 avqust 2006;
6 may 2008;
15-16 may 2010;
10 dekabr 2019.
Hökumət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Baş naziri Həsən Həsənovun işgüzar səfəri:
Yanvar 1992.
- İordaniya Haşimilər Krallığının Baş naziri Maruf Baxitin rəsmi səfəri:
6-8 noyabr 2006.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Tofiq Qasımovun işgüzar səfəri:
1992.
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri:
8-10 aprel 2007.
- İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadinin işgüzar səfəri:
25-26 oktyabr 2019.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu faəliyyət göstərir.
İşçi qrupunun rəhbəri – Anar İsgəndərov
İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasında İordaniya-Azərbaycan Dostluq Assosiasiyası faəliyyət göstərir.
Dostluq Assosiasiyasının rəhbəri – Nimr Abid Əl-Həmid Abdullah Əs-Sleyhat
Senatda İordaniya-Azərbaycan Qardaşlıq Komitəsi faəliyyət göstərir.
Qardaşlıq Komitəsinin rəhbəri – Müflih Ər-Rəhimi
- İordaniya Haşimilər Krallığı Senatının sədri Tahir Əl-Masrinin işgüzar səfəri:
06-09 may 2013.
- İordaniya Haşimilər Krallığı Senatının sədri Əbdül Rauf Ər-Ravabdehin işgüzar səfərləri:
26-29 aprel və 2-3 oktyabr 2014.
- İordaniya Haşimilər Krallığı Senatının sədri Feysəl Əl-Fayezin işgüzar səfəri:
16-17 mart 2017.
- İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Atıf Ət-Taraunehin rəsmi səfəri:
9-13 may 2017.
- İordaniya Haşimilər Krallığı Senatının sədri Feysəl əl-Fayezin və Nümayəndələr Palatasının sədri Əbdülkərim Əd-Duğminin rəsmi səfəri:
30 iyun – 1 iyul 2022.
- İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Əhməd Əs-Safadinin işgüzar səfəri:
15-16 may 2023.
- İordaniya Haşimilər Krallığı Senatında İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin rəhbəri Muflih Ər-Rəhimi və Nümayəndələr Palatası sədrinin birinci müavini Əbdülrəhman Maayanın işgüzar səfəri:
7-8 fevral 2024.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 34 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
6 427.87 |
20.2 |
6 407.67 |
2021 |
3 423.58 |
621.36 |
2 802.22 |
2022 |
4 890.97 |
252.99 |
4 637.98 |
2023 (yanvar-oktyabr) |
7 423.27 |
523.69 |
6 899.58 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi