İsrail Dövləti
Azərbaycan Respublikası və İsrail Dövləti arasında ikitərəfli münasibətlər
25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulmuşdur.
Azərbaycan Respublikası və İsrail Dövləti arasında uğurlu siyasi və iqtisadi əməkdaşlıq əlaqələri, eləcə də strateji dialoq mövcuddur. Ötən əsrin doxsanıncı illərindən bəri həyata keçirilmiş səfər mübadilələri, səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması ikitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasına gətirib çıxarmışdır. Kənd təsərrüfatı, kiber təhlükəsizlik, İT və digər sahələrdə ixtisaslaşmış İsrail şirkətləri ölkəmizin həmin sektorlarının inkişafında yaxından iştirak edir. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində İsrail Dövləti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- İsrail Dövlətinin Prezidenti Şimon Peresin rəsmi səfəri:
28-29 iyun 2009
- İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqun rəsmi səfəri:
30-31 may 2023
Hökumət başçılarının qarşılıqlı səfərləri
- İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun qısamüddətli səfəri:
29 avqust 1997
- İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun işgüzar səfəri:
13 dekabr 2016
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri:
22-23 aprel 2013
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi səfəri:
28-30 mart 2023
- İsrail Dövləti Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın rəsmi səfəri:
9-11 fevral 2010
- İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəsmi səfəri:
22-24 aprel 2012
- İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəsmi səfəri:
29 aprel-4 may 2014
- İsrail Dövlətinin xarici işlər naziri Eli Kohenin rəsmi səfəri:
18-19 aprel 2023
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir:
İşçi qrupunun rəhbəri – Anatoliy Rafailov
İsrail Dövlətinin Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupu:
Dostluq qrupun rəhbəri – Vladimir Beliak
- Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəsmi səfəri:
9-12 fevral 2016
- Azərbaycan Respublikas Milli Məclisinin Gənclər və idman Komitəsinin sədri Fuad Muradovun rəsmi səfəri:
14-16 may 2017
- Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rasim Musabəyovun işgüzar səfəri:
8-13 iyul 2018
- Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun işgüzar səfəri:
22-23 yanvar 2020
- İsrail Dövləti Knessetinin Xarici əlaqələr və müdafiə Komitəsinin sədri Yuli Yoel Edelşteynin işgüzar səfəri:
5-6 iyun 2023
- İsrail Dövlətinin Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin işgüzar səfəri:
4-5 sentyabr 2023
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
13 dekabr 2016-cı ildə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya yaradılmışdır.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
1 375 302.46 |
1 331 616.19 |
43 686.27 |
2020 |
465 721.02 |
437 500.07 |
28 220.95 |
2021 |
928 402.76 |
898 096.98 |
30 305.78 |
2022 |
1 718 390.30 |
1 682 726.01 |
35 664.29 |
2023 (yanvar-oktyabr) |
1 354 245.24 |
1 325 805.01 |
28 440.23 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi