
Fici Respublikası
İkitərəfli münasibətlər haqqında
Azərbaycan Respublikası ilə Fici Respublikası arasında diplomatik əlaqələr 18 mart 2010-cu ildə qurulub.
Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyi eyni zamanda Fici Respublikasında akkreditə olunub. Səfirliyə müvəqqəti işlər vəkili Vaqif Cəfərov rəhbərlik edir.
Fici Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri yoxdur.
İki ölkə arasındakı böyük coğrafi məsafə səbəbindən ikitərəfli əlaqələr məhdud xarakter daşıyır, ticarət dövriyyəsinin həcmi isə aşağıdır.
2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Fici Respublikasını ictimai işlər, nəqliyyat və meteoroloji xidmətlər naziri Filipe Tuisavau təmsil edib.
Parlamentlərarası əlaqələr
Hazırda Azərbaycan Respublikası və Fici Respublikasının parlamentlərində parlamentlərarası əlaqələr üzrə dostluq və ya işçi qrupları mövcud deyil.
Müqavilə-hüquq bazası
Hazırda Azərbaycan Respublikası ilə Fici Respublikası arasında müqavilə-hüquq bazası mövcud deyil.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
5,39 |
0,00 |
5,39 |
|
2024 |
0,00 |
0,00 |
0,00 |
|
2025 |
6,06 |
0,00 |
6,06 |
Qeyd: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanıb.
Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları
Ünvan: 5 Mialli Place, O'Malley, Canberra ACT 2606, Australia
Telefon: (+61 2) 6290 5600
Elektron poçt: canberra@mission.mfa.gov.az