Waving Flag of South Korea (Animated Gif)

Koreya Respublikası

Azərbaycan Respublikası və Koreya Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik münasibətlər   23 mart 1992-ci il tarixində qurulmuşdur.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi 14 mart 2007-ci ildə təsis edilmişdir.

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 4 mart 2006-cı ildə təsis edilmişdir

İki ölkə arasındakı münasibətlər 2006-cı ildə Koreya Respublikasının Azərbaycan Respublikasında və 14 mart 2007-ci il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliklərinin təsis olunması ilə daha da intensivləşmişdir. 2006 və 2007-ci illərdə hər iki ölkə başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın əsasları üçün yeni imkanlar açmış, iqtisadi və ticarət əlaqələrinin genişlənməsi və sərmayələrin cəlb olunmasını təşviq etmişdir.

Parlamentlərarası əlaqələr:

İki ölkə Parlamentlərində parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Koreya Parlamentində parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myounq-sudur.

Müqavilə-hüquq bazası:

İki ölkə arasında 67 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq:

Ticarət dövriyyəsi son 5 il:

 

İl

Ticarət dövriyyəsi

İxrac

       İdxal

    2016

72.17

    0.118

72.04

     2017

85.541.0

  208.1

85.332.9

2018

227.124

   124

   227.0

2019

159.471,84

137.88

159.333,96

2020

186.837,69

82.58

178.579,69

 

 

Azərbaycan Respublikasına Koreya Respublikasından idxal olunan əsas əmtəə və məhsullar: polietilen; minik və yük avtomobilləri üçün pnevmatik rezin şinlər; boyanmış polad prokatı; elektrik avadanlıqlar və aparatlar; sürtkü yağları, natrium sianidlər, dərman vasitələri, polipropilen, plastik kütlədən hazırlanmış məhsullar, qara metallardan hazırlanan məmulatlar, qeyri-elektrik peç və kürələrin hissələri, temperatur dəyişməsi prosesində materialların emalı üçün digər qızdırıcı maşın və avadanlıqlar, lift və skipli qaldırıcılar, yığma tikinti konstruksiyaları.

 

Azərbaycan Respublikasından Koreya Respublikasına ixrac olunan əsas əmtəə və məhsullar: reaktiv mühərriklər üçün kerosin, üzüm suslosu, kitab, geyim məmulatlar, istifadə olunmuş paltar, tropik və digər meyvələrin şirələri, sous məhsulları, köpüklənən təbii üzüm şərabları, əllə çəkilmiş şəkillər, rəsmlər və pastellər, ağacdan mebellər, qara metallardan mətbəx və yeməkxana əşyaları.

 

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin ünvanı:

 

63 Itaewon-ro 45-gil, Hannamdong, Yongsan-gu, Seoul, South Korea

Tel: +82 2-797-1765

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti