Vyetnam Sosialist Respublikası
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 1992-ci ilin 23 sentyabr tarixində qurulmuşdur.
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi 2013-cü ildən fəaliyyət göstərir.
2019-cu ilin 25-26 oktyabr tarixlərində Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thin Azərbaycan Respublikasına işçi səfər etmişdir.
2017-ci ilin 12-15 sentyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun hal-hazırkı rəhbəri Əli Məsimlidir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında 17 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Vyetnam arasında İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası 2013-cü ildə yaradılmışdır.
Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi
(min ABŞ dolları)
İllər |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 |
76 117.33 |
48,899.49 |
27,217.84 |
2017 |
101 188.02 |
55,140.08 |
46,047.94 |
2018 |
141 459.51 |
74,881.25 |
66,578.26 |
2019 |
140 590.12 |
58,848.24 |
81,741.88 |
2020 |
225,600.00 |
175,000.00 |
80,600.00 |
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin ünvanı:
6A Le Hong Phong street, Ba Dinh district, Hanoi city, Vietnam
Səfirliyin internet səhifəsi: www.hanoi.mfa.gov.az
Səfirlik ilə əlaqə nömrəsi: +84247379011