Waving Flag of Cambodia (Animated Gif)

Kamboca Krallığı

 

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında diplomatik münasibətlər 28 dekabr 1994-cü ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi iqamətgahı Hanoy şəhərində olmaqla, eyni zamanda Kamboca Krallığında akkreditə olunub. Kamboca Krallığının Ankaradakı Səfirliyi eyni zamanda, Azərbaycan Respublikasında akkreditə olunmuşdur.

Azərbaycan Respublikası və Kamboca Krallığının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci raundu 21-23 aprel 2014-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və Kamboca Krallığının Baş naziri Hun Senin  sədrliyi ilə keçirilmişdir.

Siyasi məsləhətləşmələrin ikinci raundu 13-15 mart 2019-cu il tarixlərində Pnompen şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və  Kamboca Krallığının  Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Uç Boritin sədrliyi ilə təşkil olunmuşdur.

Siyasi məsləhətləşmələrin üçüncü raundu 01 iyun 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Çem Vidyanın sədrliyi ilə keçirilmişdir.

 

Baş nazirlərin qarşılıqlı səfərləri

21-23 aprel 2014-cü il tarixlərində Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycana səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

18 noyabr 2022-ci ildən Azərbaycan - Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri – Məmmədov Ramin ƏIəmşah oğlu.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

3 684.19

0

3 684.19

2020  

2 100.00

0

2 100.00

2021

2 204.66

0

2 204.66

2022

3 251.68

0.80

3 250.88

2023 (yanvar-sentyabr)

3 930.00

0.69

3 929.31

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Kamboca Krallığında akkreditə olunmuş Səfirliyi

Ünvan: 6A Le Hong Phong street, Ba Dinh district, Hanoi city, Vietnam

Rəsmi internet səhifəsi: http://hanoi.mfa.gov.az

TEL: +84247379011

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti