
İndoneziya Respublikası
İkitərəfli münasibətlər haqqında
İndoneziya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 24 sentyabr 1992-ci ildə qurulub. 24 sentyabr 2022-ci ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub, bu münasibətlə iki ölkənin Prezidentləri və xarici işlər nazirləri arasında təbrik məktubları mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi 1 fevral 2006-cı ildə, İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi isə 12 dekabr 2010-cu ildə fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Ramil Rzayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib. Səfir 6 may 2025-ci ildə etimadnaməsini İndoneziya Respublikasının Prezidentinə təqdim edib.
8 iyul 2025-ci ildə Berlian Helmi (Berlian Helmy) İndoneziya Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib. Səfir 30 yanvar 2026-cı ildə etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edib.
İki ölkə arasında ikitərəfli əməkdaşlıq mexanizmləri mövcuddur. Hər iki ölkənin parlamentində parlamentlərarası işçi və dostluq qrupları fəaliyyət göstərir. Hazıradək iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 3 raundu keçirilib.
Xarici işlər nazirlərinin səfərləri
Azərbaycan Respublikası Xarici İşlər Nazirlərinin İndoneziya Respublikasına səfərləri
|
Nazir |
Səfərin mahiyyəti |
Tarix |
|
Həsən Həsənov |
İşgüzar səfər (İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində) |
9–13 dekabr 1996-cı il |
|
Elmar Məmmədyarov |
İşgüzar səfər (Qoşulmama Hərəkatı çərçivəsində) |
25–27 may 2011-ci il |
|
Elmar Məmmədyarov |
İşgüzar səfər (Bali Demokratiya Forumunda iştirak)
|
7–8 noyabr 2013-cü il |
İndoneziya Respublikası Xarici İşlər Nazirinin Azərbaycan Respublikasına səfərləri
|
Nazir |
Səfərin mahiyyəti |
Tarix |
|
Hasan Virayuda |
İşgüzar səfər (İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində) |
19–21 iyun 2006-cı il |
|
Hasan Virayuda |
Rəsmi səfər |
11–12 may 2008-ci il |
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin İndoneziya Respublikasına səfəri
|
Milli Məclisin Sədri |
Səfərin mahiyyəti |
Tarix |
|
Oqtay Əsədov |
Rəsmi səfər |
8–10 noyabr 2012-ci il |
İndoneziya Respublikası Nümayəndələr Palatasının Sədrlərinin Azərbaycan Respublikasına səfərləri
|
Nümayəndələr Palatasının Sədri |
Səfərin mahiyyəti |
Tarix |
|
Marzuki Əli |
Rəsmi səfər |
15–18 aprel 2013-cü il |
|
Puan Maharani |
İşgüzar səfər (Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak)
|
17–20 fevral 2025-ci il |
Puan Maharaninin səfəri çərçivəsində 18 fevral 2025-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüş keçirilib, 19 fevral 2025-ci ildə isə Puan Maharani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib.
Dostluq qrupları
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri 8 oktyabr 2024-cü ildən Bəxtiyar Əliyevdir.
İndoneziya Respublikası Nümayəndələr Palatasında İndoneziya–Azərbaycan parlamentlərarası dostluq qrupuna 30 yanvar 2025-ci ildən Tommi Kurniavan (Tommy Kurniawan) rəhbərlik edir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında müqavilə-hüquq bazası müxtəlif sahələri əhatə edən 16 sənəddən ibarətdir.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
224 108,78 |
150 790,42 |
73 318,36 |
|
2024 |
255 560,59 |
179 802,61 |
75 757,98 |
|
2025 |
195 280,65 |
117 429,27 |
77 851,38 |
Qeyd: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanıb.
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları
Ünvan: Jl. Karang Asem Tengah Blok C-5 No. 20, Kuningan Timur, Jakarta Selatan 12950, Indonesia
Telefon: (+62 21) 2555 4408
Elektron poçt: jakarta@mission.mfa.gov.az