Laos Xalq Demokratik Respublikası
Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi iqamətgahı Hanoy şəhərində olmaqla, eyni zamanda Laos Xalq Demokratik Respublikasında akkreditə olunmuşdur. Laos Xalq Demokratik Respublikasının Moskvadakı səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 18-20 iyun 2017-ci ildə Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri olmuşdur.
- 15-16 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfər etmişdir.
- 5-6 aprel 2018-ci ildə Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatı Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycan Respublikasına səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Parlamentlərarası əlaqələr 2021-ci ilin iyun ayında Laos Xalq Demokratik Respublikasının Milli Assambleyasında Asiya dövlətlərinin Qərb regionu üzrə (Azərbaycan da daxil olmaqla) Parlamentlərarası dostluq qrupu yaradılmışdır. Qrupun rəhbəri Hamfenq Vilafandır (Khampheng Vilaphan).
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında 2 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
171.03 |
0.00 |
171.03 |
2022 |
0.00 |
257.69 |
257.69 |
2023 (yanvar-sentyabr) |
140.12 |
0.00 |
140.12 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Laos Xalq Demokratik Respublikasında akkreditə olunmuş Səfirliyi
Ünvan: 6A Le Hong Phong küçəsi, Ba Dinh bölgəsi, Hanoy şəhəri, Vyetnam
Rəsmi internet səhifəsi: www.hanoi.mfa.gov.az
Tel: +84247379011