Livan Respublikası
Azərbaycan Respublikası və Livan Respublikası arasında ikitərəfli münasibətlər
1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır. 1992-ci ilin 18 sentyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Livanda təsirli erməni icmasının səyləri nəticəsində Azərbaycan Respublikası və Livan Respublikası arasında əlaqələrində durğunluq müşahidə edilməkdədir. 4 avqust 2020-ci il tarixində Beyrut dəniz limanında baş vermiş partlayışın fəsadlarının qismən aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən Livan hökumətinə 1 (bir) milyon ABŞ dolları məbləğində maliyyə yardımı təqdim etmişdir. Buna baxmayaraq, yerli erməni icmasının fəal müdaxiləsi Livan-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişafının qarşısında duran başlıca maneədir. İkitərəfli müstəvidən fərqli olaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir.
Hökumət başçılarının qarşılıqlı səfərləri
- 11-12 fevral 1998 - Livan Respublikasının Baş naziri Rafiq Əl-Həririnin rəsmi səfəri
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənovun rəsmi səfəri:
19-20 noyabr 1997
- Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri:
12-13 aprel 2007
- Livan Respublikasının xarici işlər və mühacirlər naziri Cubran Basilin işgüzar səfəri:
24-26 oktyabr 2019
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Livan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir:
İşçi qrupun rəhbəri- Rafael Hüseynov
Livan Respublikasının Nümayəndələr Palatasında Livan-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir:
Dostluq qrupunun rəhbəri: Əşrəf Rifi
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Livan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
940.98 |
32.18 |
908.80 |
2021 |
35 565.96 |
33 980.61 |
1 585.35 |
2022 |
27 789.06 |
27 013.25 |
775.91 |
2023 (yanvar-oktyabr) |
1 300.06 |
850.70 |
449.36 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi