Waving Flag of Sri Lanka (Animated Gif)

Şri Lanka Demokratik Sosialist Respublikası

 

Azərbaycan Respublikası və Şri Lanka Demokratik Sosialist Respublikası arasında münasibətlər

 

Şri Lanka Demokratik Sosialist Respublikası 12 fevral 1992-ci ildə  Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Azərbaycan Respublikası ilə Şri Lanka Demokratik Sosialist Respublikası arasında diplomatik əlaqələr 4 avqust 1992-ci ildə qurulmuşdur. Şri Lankanın İran İslam Respublikasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

5-8 may 2013-cü il tarixlərində Elmar Məmmədyarov rəsmi səfərdə olmuşdur.

23 oktyabr 2019-cu ildə Şri Lankanın xarici işlər naziri Tilak Marapana Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Şri Lanka Demokratik Sosialist Respublikası arasında 2 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

58.51

5.91

52.6

2020

50 720.2

0.00

50 720.2

2021

54 397.84

0

54 397.84

2022

71 281.03

1.70

71 279.33

2023 (yanvar-sentyabr)

46 986.95

0.91

46 986.04

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Şri Lanka Demokratik Sosialist Respublikasında akkreditə olunmuş Səfirliyi

Ünvan: 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India

Rəsmi internet səhifəsi: http://newdelhi.mfa.gov.az

TEL: +911126152228

FAKS: +911126152227

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti