Waving Flag of Turkmenistan (Animated Gif)

Türkmənistan

 

Diplomatik münasibətlərin qurulması:

 

Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunmuşdur.

 

Səfirliklərin fəaliyyəti: 

 

18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda Səfirliyi fəaliyyətə başlamışdır. 8 iyun 1999-cu ildə isə Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başlamışdır.

 

Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2023-cü il tarixli Sərəncamı ilə Qismət Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur,  etimadnaməsini 4 oktyabr 2023-cü ildə Türkmənistan Prezidentinə təqdim etmişdir.

 

Türkmənistan Prezidentinin 7 iyul 2022-ci il tarixli Sərəncamı ilə Qurbanməmmet Elyasov Türkmənistanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş, etimadnaməsini 16 avqust 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinə təqdim etmişdir.

 

Siyasi əlaqələr: 

 

11 mart 2017-ci ildə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır.

 

Ali və yüksək səviyyəli səfərlər-görüşlər:

 

Azərbaycan Respublikası Prezidentlərinin Türkmənistana səfərləri

 

Ümummilli Lider Heydər Əliyev

23-24 dekabr 1993-cü il     

MDB-yə üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısı

26-27 oktyabr 1994-cü il

Türkmənistanın Müstəqillik günü münasibətilə tədbirlər

13-14 may 1996-cı il

İqtisadi Əməkdaşlıq Təşkilatının IV Zirvə toplantısı

23-25 aprel 2002-ci il

Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə toplantısı

 

 

Prezident İlham Əliyev

 

 

 

 

 

28-29 noyabr 2008-ci il

Rəsmi səfər

29 noyabr 2008-ci il

Azərbaycan, Türkmənistan və Türkiyə Prezidentləri arasında görüş

21-22 noyabr 2018-ci il

Rəsmi səfər 

11 oktyabr 2019-cu il

İşgüzar səfər: MDB Dövlət Başçıları Sammiti

28 noyabr 2021-ci il

İşgüzar səfər: İƏT-in 15-ci sammiti

29 iyun 2022-ci il

İşgüzar səfər: Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Toplantısı

14 dekabr 2022-ci il

İşgüzar səfər: Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü

 

 

Türkmənistan Prezidentlərinin Azərbaycan Respublikasına səfərləri

 

Saparmurat Niyazov

18-19 mart 1996-cı il

Rəsmi səfər

Qurbanqulı Berdiməhəmmədov       

19-20 may 2008-ci il

Rəsmi səfər

18 noyabr 2010-cu il

İşgüzar səfər: Xəzəryanı Ölkələrin Dövlət Başçılarının Üçüncü Zirvə toplantısı

12 iyun 2015-ci il

İşgüzar səfər: “Bakı 2015” Birinci Avropa Oyunlarının Açılış Mərasimi

8-9 avqust 2017-ci il

Rəsmi səfər

25-26 oktyabr 2019-cu il

İşgüzar səfər: Qoşulmama Hərəkatının Zirvə Toplantısı

11 mart 2020-ci il

Rəsmi səfər 

Sərdar
Berdiməhəmmədov

2 mart 2023

İşgüzar səfər: Qoşulmama Hərəkatının COVID-19-a Qarşı Mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü

 

 

 

Azərbaycan Respublikasının Baş nazirlərinin Türkmənistana səfərləri

 

 

 

Artur Rasi-zadə

     

                           

24 dekabr 2006-cı il

Türkmənistan Prezidenti S.Niyazovun dəfn mərasimi

14 fevral 2007-ci il

Türkmənistan Prezidenti Q.Berdiməhəmmədovun andiçmə mərasimi

22 noyabr 2007-ci il

MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası

5 dekabr 2012-ci il

MDB Dövlət Başçıları Şurasının iclası

 

Novruz Məmmədov    

 

30-31 may 2019-cu il

MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası

12 avqust 2019-cu il

Birinci Xəzər İqtisadi Forumu

 

 

Azərbaycan Respublikasının Parlament Sədrlərinin Türkmənistana səfərləri

 

Oqtay Əsədov

12 dekabr 2015-ci il

Türkmənistanın Daimi Bitərəfliyinin 20 İlliyinə Həsr Olunmuş Beynəlxalq Konfrans

 

Sahibə Qafarova      

7-8 dekabr 2022-ci il

Rəsmi səfər

 

 

Türkmənistanın Parlament Sədrlərinin Azərbaycan Respublikasına səfərləri

 

 

Sahat Muradov

8-9 aprel 2000-ci il

Türkdilli Ölkələrin Dövlət Başçılarının Altıncı Zirvə Toplantısı və “Kitabi-Dədə Qorqud” Dastanının 1300 İllik Yubileyi

 

Akca Nurberdiyeva             

18-20 iyun 2008-ci il

Azərbaycan Parlamentinin 90 İllik Yubileyinə Həsr Olunmuş Tədbirlər

Gülşat

Məmmədova

4-5 noyabr 2019-cu il

Rəsmi səfər

30 iyun 2022-ci il

İşgüzar səfər

 

 

Azərbaycan Respublikası xarici işlər nazirlərinin Türkmənistana səfərləri

 

Həsən Həsənov

5 fevral 1998-ci il

Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqların aparılması üçün yaradılmış ekspertlər qrupunun iclası

 

 

Elmar Məmmədyarov            

23 may 2007-ci il

Rəsmi səfər

11 dekabr 2010-cu il

Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunmuş “beynəlxalq konfrans”

29 yanvar 2015-ci il

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin İkinci üçtərəfli görüşü

31 yanvar 2018-ci il

Rəsmi səfər

Ceyhun Bayramov

21 yanvar 2021-ci il

Rəsmi səfər

27 noyabr 2021-ci il

İşgüzar səfər, İƏT XİNŞ 25-ci iclası

 

 

Türkmənistanın xarici işlər nazirlərinin Azərbaycan Respublikasına səfərləri

 

Boris Şıxmuradov   

30 mart 1998-ci il

Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqların aparılması üçün yaradılmış ekspertlər qrupunun iclası

18-21 may 1999-cu il

İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının IX iclası

 

Rəşid Meredov                    

5 mart 2008-ci il

 İşgüzar səfər

2-3 aprel 2014-cü il

Rəsmi səfər

25-26 may 2014-cü il

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Birinci üçtərəfli görüşü

18 oktyabr 2018-ci il

AR və Türkmənistan XİN rəhbərləri səviyyəsində məsləhətləşmələr

5 dekabr 2022-ci il

İşgüzar səfər

 

 

Ali səviyyədə görüşlər

 

Ümummilli Lider Heydər Əliyev

Saparmurat Niyazov

8 dekabr 1997-ci il

İslam Konfransı Təşkilatının VIII Zirvə toplantısı, Tehran

Ümummilli Lider Heydər Əliyev

Saparmurat Niyazov

18 noyabr 1999-cu il

ATƏT-in Zirvə toplantısı, İstanbul

Ümummilli Lider Heydər Əliyev

Saparmurat Niyazov

9 iyun 2000-ci il

İqtisadi Əməkdaşlıq Təşkilatının VI Zirvə toplantısı, Tehran

Ümummilli Lider Heydər Əliyev

Saparmurat Niyazov

27 aprel 2001-ci il

Türkdilli Dövlət Başçılarının VII Zirvə toplantısı İstanbul

İlham Əliyev

Qurbanqulı Berdiməhəmmədov

10 iyun 2007-ci il

MDB Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı, Sankt-Peterburq

İlham Əliyev

Qurbanqulı Berdiməhəmmədov

4 iyun 2014-cü il

TDƏŞ IV Zirvə toplantısı, Bodrum

İlham Əliyev

Qurbanqulı Berdiməhəmmədov

5 iyun 2014-cü il

TDƏŞ IV Zirvə toplantısı AR, TR, Türkmənistan Prezidentlərinin üçtərəfli görüşü, Bodrum

İlham Əliyev

Qurbanqulı Berdiməhəmmədov

11 oktyabr 2019-cu il

MDB Dövlət başçılarının

Zirvə toplantısı, Aşqabad

İlham Əliyev

Sərdar Bediməhəmmədov

29 iyun 2022-ci il

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Görüşü, Aşqabad

İlham Əliyev

Sərdar Bediməhəmmədov

2 mart 2023-cü il

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, Bakı

 

 

 

Parlamentlərarası əlaqələr:

 

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan, Türkmənistanın Məclisində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. 

 

İşçi qrupunun Azərbaycan tərəfindən rəhbəri: Fəzail Ağamalı
İşçi qrupunun Türkmənistan tərəfindən rəhbəri: Annamuhammet Sarcayev

 

7 dekabr 2022-ci ildə Azərbaycan və Türkmənistan Parlamenləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikası və Türkmənistan siyasi-diplomatik sahələr ilə yanaşı, iqtisadi, nəqliyyat-logistika, energetika və mədəni-humanitar sahələrdə də əməkdaşlıq edirlər. 

 

İqtisadi əlaqələr - Hökumətlərarası Komissiya:

 

2008-ci ildən etibarən Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan tərəfdən həmsədri isə Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət kompleksi, tekstil sənayesi və sahibkarlıq sahəsi üzrə müavini Batır Atdayevdir. Komissiyanın bu vaxta qədər 7 iclası keçirilmişdir.

 

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 73% artaraq, 738 milyon 966 min ABŞ dolları təşkil etmişdir.

 

Müqavilə-hüquq bazası: 

 

Azərbaycan Respublikası və Türkmənistan arasında 108 sənəd imzalanmışdır.

 

Çoxtərəfli əməkdaşlıq: 

 

İki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY çərçivəsində faydalı əməkdaşlıq mövcuddur. 

 

Azərbaycan Respublikası və Türkmənistan üçtərəfli formatda da əməkdaşlıq edir. 14 dekabr 2023-cü ildə Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib.

 

Eyni zamanda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər, iqtisadiyyat və energetika nazirləri səviyyəsində də üçtərəfli formatda əməkdaşlıq edilir.
 

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti