Waving Flag of Qatar (Animated Gif)

Qətər Dövləti

 

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında ikitərəfli münasibətlər

 

Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü il tarixində yaradılmışdır.

 

Azərbaycan Respublikasını və Qətər Dövlətini birləşdirən yüksək səviyyəli siyasi əlaqələr qarşılıqlı əməkdaşlığın ayrı-ayrı sahələrdə, o cümlədən sərmayə və iqtisadi sektorlarında inkişafına münbit zəmin yaratmışdır. Qətər sərmayədarlarının ölkəmizin bərpa olunan enerji sahəsinə də maraq göstərməsi, eləcə də Azərbaycan və Qətər ümumvətəndaş pasportlarının qarşılıqlı olaraq viza rejimindən azad edilməsi, fəal parlament işbirliyi və ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr ikitərəfli əməkdaşlığın əsas sütunlarını təşkil edir.

 

Bütövlükdə, qarşılıqlı istək sayəsində artma tendensiyasına malik Azərbaycan-Qətər əlaqələri gələcəkdə yeni sektorlarda mövcud potensialın üzə çıxarılması istiqamətində birgə fəaliyyətin həyata keçirilməsini şərtləndirmişdir.

 

İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Qətər Dövləti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəsmi səfərləri:

30 noyabr – 1 dekabr 2004

27 fevral 2017

- Qətər Dövlətinin Əmiri şeyx Həməd bin Xəlifə Əl Təninin səfərləri:

28 avqust 2007 –rəsmi

2-3 mart 2012 – şəxsi

- 7-8 mart 2016 – Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Əl Təninin rəsmi səfəri

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyevin işgüzar səfəri:

12-14 noyabr 2000

- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar və rəsmi səfərləri:

18-20 fevral 2006

11-12 yanvar 2010

21-23 may 2016

3 noyabr 2019

- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun işgüzar səfəri:

5-6 mart 2023

- Qətər Dövlətinin xarici işlər üzrə dövlət nazirinin işgüzar səfəri:

19-21 iyun 2006

- Qətər Dövlətinin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Təninin rəsmi səfəri:

30-31 yanvar 2017

- Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan Səad Əl-Mureyxinin işgüzar səfərləri:

5-6 aprel 2018

24-26 oktyabr 2019

2-3 mart, 5 iyul və 6 oktyabr 2023

- Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Taninin rəsmi səfəri:

16-18 oktyabr 2021

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

İşçi qrupunun rəhbəri Tahir Rzayev

Qətər Dövlətinin Şura Məclisində Qətər-Asiya Parlamentlərarası dostluq qrupu:

Dostluq qrupunun rəhbəri – Əhməd bin Hətmi Əl-Hətmi

 

- Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyətinin işgüzar səfəri:

13-16 may 2017

- Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyətinin işgüzar səfəri:

5-11 aprel 2019

- Qətər Dövləti Şura Məclisinin sədr müavini xanım Həmdə bint Həsən Əs-Suleytinin işgüzar səfərləri:

30 iyun – 1 iyul 2022

21-23 fevral 2024

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti