Tacikistan Respublikası
Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında diplomatik əlaqələr 29 may 1992-ci ildə qurulmuşdur. 2007-ci ildə Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi açılmışdır. 2008-ci ildən Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyət göstərir.
Region ölkələrindən olan Tacikistan Respublikası ilə münasibətlərimiz xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar, eləcə də ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və ehtirama söykənən siyasi dialoq iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Son dövrlər iki ölkə arasında yüksək səviyyəli dövlətlərarası münasibətlər məzmunca zənginləşərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycan-Tacikistan ikitərəfli format ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 05-06 aprel 2023-cü ildə Tacikistan Respublikasına dövlət səfəri etmişdir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 sentyabr 2023-cü ildə Düşəndə şəhərində keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak etmək məqsədilə Tacikistan Respublikasına işgüzar səfər etmişdir.
- Tacikistan Respublikasının Prezidenti İmoməli Rəhmon 24 noyabr 2023-cü ildə Bakı şəhərində keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
- Tacikistan Respublikasının Prezidenti İmoməli Rəhmon 22-23 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasına dövlət səfəri etmişdir.
Hökumət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 28 sentyabr 2023-cü ildə keçirilmiş “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək məqsədilə Tacikistan Respublikasına işgüzar səfər etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 29-30 mart 2021-ci ildə keçirilmiş “Asiyanın Ürəyi - İstanbul Prosesi” 9-cu nazirlər konfransında iştirak etmək məqsədilə Tacikistan Respublikasına işgüzar səfər etmişdir.
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12-13 may 2022-ci ildə keçirilmiş MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Tacikistan Respublikasına işgüzar səfər etmişdir.
- Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin 09-10 oktyabr 2023-cü ildə Şuşa şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Aydın Mirzəzadə, üzvləri Novruzəli Aslanov, Azər Badamov, Madər Musayev və Anatoliy Xaimoviç Rafailovdur.
Tacikistan Respublikasının Ali Məclisi iki palatalıdır. Hər iki palatada Azərbaycan Respublikası Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu var.
Yuxarı palatada qrupun rəhbəri - Kurbon Xakimzoda
Aşağı palatada qrupun rəhbəri - Cəmşid Murtazozoda
Üzvləri - Lutfiya Abdulxolikzoda, Fozil Obidov, Fayzullo Nadjmiddinyen, Zafar Fayzullozoda
Müqavilə-hüquq bazası
88 sənəd imzalanmışdır. Mühüm sənəd:
- “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”. 23 may 2024-cü il tarixində Bakı şəhərində imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2008-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın həmsədrləri:
Azərbaycan tərəfindən - Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Tacikistan tərəfindən - İqtisadi inkişaf və ticarət naziri Zavki Zakizoda
Komissiyanın indiyədək altı iclası keçirilmişdir. Sonuncu iclas 06-07 iyul 2023-cü ildə Bakı şəhərində keçirilmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
3.160.81 |
3.150.49 |
10.36 (min) |
2020 |
5.238.17 |
5.171.81 |
66.36 (min) |
2023 |
6.12 |
5.00 |
1.12 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ildə Tacikistan Respublikası ilə ticarət dövriyyəsi 2,98 faiz artmış, o cümlədən ixrac 13,90 faiz azalmış, idxal isə 8,14 dəfə çox olmuşdur.
2023-cü ildə Tacikistan Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,01 faiz (77-ci yer), o cümlədən idxalda 0,01 faiz (88-ci yer), ixracda isə 0,01 faiz (51-ci yer) təşkil etmişdir.
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi
Ünvan: Düşənbə şəhəri, Ş.Hüseynzadə küçəsi, 28/1
Rəsmi internet səhifəsi: dushanbe.mfa.gov.az
E-poçt: dushanbe@mission.mfa.gov.az
Tel: (+992 37) 221-51-98
Faks: (+992 37) 224 70 27