Qırğız Respublikası
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır.
Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıq iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasının təşkil edir.
Azərbaycan Respublikası və Qırğız Respublikası arasında münasibətlər strateji tərəfdaşlıq xarakterlidir, iki ölkə arasında Dövlətlərarası Şura fəaliyyət göstərir.
Azərbaycan və Qırğızıstan arasında ali səviyyədə fəal siyasi dialoq qarşılıqlı maraq doğuran əməkdaşlığımızın davamlı şəkildə inkişafına öz töhfəsini verir.
Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət və humanitar sahələr üzrə ikitərəfli əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq geniş perspektivlərə malikdir.
Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndində Qırğız Respublikasının təşəbbüsü ilə inşa ediləcək orta məktəb xalqlarımız arasındakı qardaşlıq bağlarının ən bariz təcəssümü kimi dəyərləndirir.
Azərbaycan-Qırğızıstan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11-12 oktyabr 2022-ci ildə Qırğız Respublikasına dövlət səfəri etmişdir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 oktyabr 2023-cü ildə Bişkek şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfər etmişdir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5-6 noyabr 2024-cü il tarixində Qırğız Respublikasına işgüzar səfər etmişdir.
- Qırğız Respublikasının Prezidenti Sadır Japarov 19-20 aprel 2022-ci ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
- Qırğız Respublikasının Prezidenti Sadır Japarov 24 noyabr 2023-ci ildə Bakıda keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
- Qırğız Respublikasının Prezidenti Sadır Japarov 24-25 aprel 2024-cü il tarixlərində Azərbaycan Respublikasına dövlət səfəri etmişdir.
- Qırğız Respublikasının Prezidenti Sadır Japarov 5-6 iyul 2024-cü il tarixlərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
- Qırğız Respublikasının Prezidenti Sadır Japarov 11-12 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 11 oktyabr 2023-cü ildə Bişkek şəhərində keçirilmiş MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfər etmişdir.
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 8-9 aprel 2024-cü il tarixlərində Qırğız Respublikasına rəsmi səfər etmişdir.
- Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev 2-4 iyul 2021-ci ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrup 13 dekabr 2005-ci ildə təsis edilmişdir.
Qrupun rəhbəri – millət vəkili Musa Quliyev
Qırğız Respublikasının Joqorku Keneşində (Parlament) Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupu fəaliyyət göstərir.
Qrupun rəhbəri –İskender Matraimov
Müqavilə-hüquq bazası
105 sənəd imzalanmışdır. Mühüm sənədlər:
- “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”
20 aprel 2022-ci il, Bakı şəhəri.
İqtisadi sahədə əməkdaşlıq
23 aprel 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişə əsasən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.
Komissiyanın indiyədək keçirilmiş iclaslarının sayı-5. Sonuncu beşinci iclas 26 iyul 2023-cü il Çolpan-Ata şəhərində keçirilmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
6.2 |
4.0 |
2.2 |
2020 |
6.0 |
4.4 |
1.6 |
2023 |
64.98 |
59.34 |
5.64 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2022-ci il ilə müqayisədə, 2023-cü ildə Qırğız Respublikası ilə ticarət dövriyyəsi 6,01 dəfə, o cümlədən ixrac 12,5 dəfə artmış, idxal isə 7,14 faiz azalmışdır.
2023-cü ildə Qırğız Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,13 faiz (42-ci yer), o cümlədən idxalda 0,03 faiz (69-cu yer), ixracda isə 0,18 faiz (29-cu yer) təşkil etmişdir.
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi
Ünvan: 720045, Tolomuş Okeyeva küçəsi 24
Rəsmi internet səhifəsi: bishkek.mfa.gov.az
E-poçt: bishkek@mission.mfa.gov.az
Tel: +996312221779
Faks: +996312221785