Waving Flag of Uzbekistan (Animated Gif)

Özbəkistan Respublikası

 

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlər 02 oktyabr 1995-ci ildə qurulmuşdur. 1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin iyul ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır.

 

Özbəkistan Respublikası ilə münasibətlərimiz hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır.

 

Azərbaycan və özbək xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətləri, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət və dil dövlətlərimiz arasında hərtərəfli əlaqələrin inkişafına mühüm töhfə verir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında təşəkkül tapmış qarşılıqlı hörmət və etimada, eləcə də qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən əsas faktor kimi çıxış etməkdədir.

 

Hazırda Azərbaycan-Özbəkistan münasibətlərinin bütün sahələrində, o cümlədən siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı istiqamətləri üzrə intensiv əməkdaşlıq müşahidə edilməkdədir.

 

Azad edilmiş ərazilərimizin bərpasına ilk xarici töhfə olan, Özbək xalqının Azərbaycana hədiyyəsi-Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin tikintisi xalqlarımız arasında dostluq və qardaşlığın daha bir rəmzi kimi qiymətləndirilir.

 

Azərbaycan-Özbəkistan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər.

 

Xüsusilə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı qardaşlıq və həmrəyliyə əsaslanmaqla nümunəvi xarakter daşıyır.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21-22 iyun 2022-ci ildə Özbəkistan Respublikasına dövlət səfəri etmişdir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  15-16 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  10-11 noyabr 2022-ci ildə Səmərqənd şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  09 noyabr  2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XVI Zirvə Toplantısında iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Özbəkistan Respublikasına 22-23 avqust 2024-cü il tarixlərində dövlət səfəri etmişdir.

- Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 01-02 mart 2023-cü ildə keçirilmiş  Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 22-23 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasına dövlət səfəri etmişdir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 24 noyabr 2023-cü ildə Bakıda keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 5-6 iyul 2024-cü ildə Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 11-13 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

Hökumət başçılarının qarşılıqlı səfərləri

 

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov 18-19 iyul 2023-cü ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

 

- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 02 avqust 2022-ci ildə Daşkənd şəhərində keçirilmiş Azərbaycan, Özbəkistan və Türkiyənin xarici işlər, iqtisadiyyat və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin Birinci Üçtərəfli Toplantısında iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir.

Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov 05-06 iyul 2023-cü ildə Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

- Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov 10 oktyabr 2023-cü ildə Şuşa şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 14-15 aprel 2024-cü ildə Mərkəzi Asiya-Ərəb Körfəzi Dövlətləri Strateji Dialoqunun İkinci Nazirlər Toplantısında fəxri qonaq qismində iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

 

AR Milli Məclisində Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

 

Qrupun rəhbəri: Eldar İbrahimov

 

Özbəkistan Respublikasının Ali Məclisində Azərbaycanla əməkdaşlıq üzrə qrup fəaliyyət göstərir.

 

Qrupun rəhbəri: Kadirov Alişer Keldiyeviç

 

Müqavilə-hüquq bazası

 

199 sənəd imzalanmışdır. Mühüm sənədlər:

“Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında hərtərəfli əməkdaşlığın və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında Bəyannamə”. 18 iyun 1997-ci ildə Daşkənd şəhərində imzalanmışdır.

“Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”. 23 mart 2004-cü ildə Daşkənd şəhərində imzalanmışdır.

- “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”. 21 iyun 2022-ci ildə imzalanmışdır.

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”. 23 avqust 2024-cü ildə Daşkənd şəhərində imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

İki ölkə arasında 18 iyun 1997-ci ildən qüvvədə olan “Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Protokol”a əsasən əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.

 

Komissiyanın həmsədrləri:

Azərbaycan tərəfindən - Mikayıl Cabbarov (İqtisadiyyat naziri)

Özbəkistan tərəfindən Ləziz Kudratov (investisiya, sənaye və ticarət naziri)

Komissiyanın indiyədək keçirilmiş iclaslarının sayı - 13.

Sonuncu iclas 10 iyul 2024-cü ildə Buxarada keçirilmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

81.96

28.87

53.09

2020

82.32

23.13

59.19

2023

178.78

47.12

131.66

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

2022-ci illə müqayisədə, 2023-cü ildə Özbəkistan Respublikası ilə ticarət dövriyyəsi 2,47 faiz, o cümlədən idxal 3,80 faiz azalmış, ixrac isə 1,44 faiz artmışdır.

 

2023-cü ildə Özbəkistan Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,35 faiz (32-ci yer), o cümlədən idxalda 0,76 faiz (20-ci yer), ixracda isə 0,14 faiz (30-cu yer) təşkil etmişdir.

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi

Ünvan: Şarq Tonqi küçəsi, 25 100043, Daşkənd şəhəri, Özbəkistan

Rəsmi internet səhifəsi: tashkent.mfa.gov.az

E-poçt: tashkent@mission.mfa.gov.az

Tel: (+998 71) 207-80-10, konsulluq bölməsi: (+998 71) 207-80-18

Faks: (+998 71) 207-80-09

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti