Hindistan Respublikası
Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ikitərəfli münasibətlər
26 dekabr 1991-ci ildə Hindistan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 28 fevral 1992-ci ildə qurulmuşdur.
2004-cü ildən Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi fəaliyyət göstərir. Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi oktyabr 1999-cu ildə açılmışdır.
24–26 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə Hindistanın vitse-prezidenti cənab Venkaiah Naidunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
1 dekabr 2017-ci ildə Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Cavid Əkbər Bakı şəhərində Əfqanısanla bağlı keçirilmiş Asiyanın Ürəyi-İstanbul Prosesinin Nazirlər görüşündə iştirak etmək üçün Azərbaycana səfər etmişdir.
3-6 aprel 2018-ci ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svarac Azərbaycanda səfərdə olmuşdur.
22–26 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə və Qoşulmama Hərəkatına üzv olan dövlətlərin xarici işlər nazirlərinin Hazırlıq Toplantısında iştirak etmək məqsədilə Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir.
Parlamentlərarası işçi qrupları
5 oktyabr 2000-ci ildən AR Milli Məclisində Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Naqif Həmzəyevdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Hindistan arasında 12 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Hökumətlərarası Komissiya
Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 11 aprel 2007-ci ildə yaradılmışdır. Azərbaycan tərəfindən Komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hindistan tərəfindən ticarət və sənaye naziri Piyuş Qoyaldır (Piyush Goyal).
Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasındakı ticarət dövriyyəsi
(milyon ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2017 |
97
|
404.1
|
501.1
|
müsbət 307.1 |
2018 |
102.9 |
819.5 |
922.4 |
müsbət 716.5 |
2019 |
137.1 |
956.2
|
1,093.3 |
müsbət 819.1 |
2020
|
12597.1 |
45678.5 |
58275.6 |
müsbət 33081.4 |
Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin ünvanı: 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India
Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyin rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az