Waving Flag of China (Animated Gif)

Çin Xalq Respublikası

 

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olmuşdur. Xalqlarımız arasında olan tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin 12-ci əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır. Şair Nizami Çin xalqına olan hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə etmişdir.

Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 3 sentyabr 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi açılmışdır.

Bugün Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.

Məhz iki ölkənin dövlət başçıları səviyyəsində təşəkkül tapmış, qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə müşahidə olunan hazırki yüksək inkişaf dinamikasının əsasını təşkil edir.

İki ölkə arasında mövcud fəal siyasi dialoq nəticəsində energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməkdədir.

Qeyd olunmalıdır ki, 2013-cü ildə Çin Xalq Respublikası tərəfindən irəli sürülümüş “Bir Kəmər Bir Yol” təşəbbüsü ikitərəfli münasibətlərimizin dərinləşməsinə yeni imkanlar yaratmışdır. Azərbaycan “Bir Kəmər Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verməkdədir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırmış və bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut təqdim etmişdir.

2019-cu ilin 24-27 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə işgüzar səfər etmişdir.

2016-cı ilin 14 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Çində işgüzar səfərdə olmuşdur.

2018-ci ilin 17-21 sentyabr tarixlərində  Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfər etmişdir.

2019-cu ilin 22-23 may tarixlərində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Parlamentlərarası əlaqələr

 

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Azərbaycan tərəfdən rəhbəri Siyavuş Novruzovdur.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Çin tərəfdən rəhbəri Zhang Yesuidir.

 

Müqavilə hüquq bazası

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında 88 müqavilə imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2016

975.4

271.5

703.9

2017

1298.34

443.81

854.53

2018

1310.45

114

1196.87

2019

2 184 194.00

752 162.63

1 432 031.37

2020  

1 846 585.02

432 760.54

1 413 824.48

2021(yanvar-aprel) 

553 448.88  

119 720.52  

433 728.36

                                           

Azərbaycanın ixrac etdiyi məhsullar:

enerji daşıyıcıları (əsasən xam neft), ilkin formada etilen polimerləri, metanol, yod, tiofenləşmiş yağların sulfoturşuları, üzüm şərabları, biyan şirəsi və ekstraktı, qoyun yunu, iri buynuzlu heyvan dəriləri, meyvə şirələri, elektrikli qızdırıma avadanlıqları, qlükozidlər, onların duzları və efirləri.

Azərbaycanın idxal etdiyi məhsullar:

mexaniki qurğular, onların hissələri, elektrik maşınları, aparatura və hissələri, qara metallar və onlardan məmulatlar, paltar və geyim ləvazimatları, plastik kütlələr və məmulatlar, ayaqqabılar, avtomobil şinləri, quru nəqliyyat vasitələri və onların hissələri, azqiymətli metallardan alətlər və ləvazimatlar, sintetik saplardan parçalar, keramika məmulatları, оptik, tibbi, fotoqrafik və dəqiq cihazlar, lampalar, işıqlandırıcı avadanlıqlar və hissələri, şüşə və onlardan hazırlanan məmulatlar, mebel və onun hissələri, çamadanlar, portfellər, çantalar, alüminium və məmulatları, ətriyyat və gigiyenik vasitələr, qeyri-üzvi kimya məhsulları, pestisidlər, əczaçılıq vasitələri, digərləri.

 

 

Diplomatik Nümayəndəlik

 

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin ünvanı:

 

Qijayuan Diplomatic Compound, Villa B-3-3, 100600 Beijing 

 

Səfirliyin internet səhifəsi: www.beijing.mfa.gov.az

 

TEL: (+8610) 65 32 46 14 
 

FAX: (+8610) 65 32 46 15 

 

 

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti