Waving Flag of Bangladesh (Animated Gif)

Banqladeş Xalq Respublikası

 

Azərbaycan Respublikası və Banqladeş Xalq Respublikası arasında ikitərəfli münasibətlər

 

30 dekabr 1991-ci ildə Banqladeş Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 26 fevral 1992-ci ildə qurulmuşdur.

 

5-6 may 2018-ci ildə Dəkkədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Banqladeşə səfər etmişdir.

3-6 aprel 2018-ci ildə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Banqladeş Xalq Respublikasının xarici işlər üzrə dövlət naziri Şəhriyar Alam Azərbaycana səfər etmiş, xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Banqladeş arasında 4 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasındakı ticarət dövriyyəsi

(min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

ABŞ dolları ilə

İxrac

İdxal

2017

9715,66 min

295,03 min

9420,63 min

2018

12577.87 min

484.33 min

12093.54 min

2019

13510.92 min

254.34 min

13256.58 min

2020

807.93 min

35.96 min

771.97 min

 

Diplomatik nümayəndəlik

Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi

Ünvan:  41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India        

İnternet səhifəsi:  www.newdelhi.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti