Müqəddəs Taxt-Tac
Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətlər
Müqəddəs Taxt-Tac ilə diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulmuşdur.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən bəri Müqəddəs Taxt-Tacla əlaqələrini inkişaf etdirmişdir. 1997-ci ilin sentyabr ayında Ümummilli Lider, Prezident Heydər Əliyevin Vatikana, 2002-ci ilin 22-23 may tarixlərində Azərbaycan Prezidentinin dəvəti ilə Katolik Kilsəsinin rəhbəri II İoan Pavelin ölkəmizə səfəri ikitərəfli əlaqələrin möhkəm bünövrəsini qoymuşdur.
Bu səfərlərin ardınca Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsinin tikilməsi, 2008-ci ildə onun rəsmi açılışında Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Tarçisio Bertonenin iştirakı Azərbaycanın Taxt-Tacla əlaqələrinə önəmli təkan vermişdir. Qeyd edilməlidir ki, Papa II İohan Pavelin Azərbaycan səfəri zamanı iki dövlət başçısı tərəfindən Azərbaycanda katolik kilsənin tikilməsi razılaşdırılmış, Azərbaycan dövləti kilsənin tikilməsi üçün ödənişsiz yer ayırmış, Vatikan tərəfi isə kilsənin tikintisini təmin etmişdir.
22 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vatikana səfər etmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 2018-ci ilin 23-26 sentyabr tarixlərində Müqəddəs Taxt-Taca səfər etmişdir.
17 sentyabr 2019-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Vatikana rəsmi səfər etmişdir.
Müqavilə-hüquq bazası
Tərəflər arasında 1 Saziş və 7 sahə üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.