Yunanıstan Respublikası
Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi 16 aprel 2004-cü ildən fəaliyyət göstərir. Yunanıstan Respublikassının Azərbaycan Respublikasındakı Səfirliyi 27 may 1993-cü ildə fəaliyyətə başlamışdır.
02-03 fevral 2016-cı il tarixlərində Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotzias Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Bəhruz Məhərrəmovdur.
Yunanıstan Parlamentində, həmçinin Yunanıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Avlonitis Alexandrosdır.
Müqavilə-hüquq bazası
Azərbaycan və Yunanıstan arasında 24 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Yunanıstan arasındakı ticarət dövriyyəsinin əsas hissəsini ölkəmizdən ixrac olunan enerji daşıyıcıları təşkil edir. Qeyri-neft sektoruna aid məhsullar üzrə ticarət dövriyyəsi isə cəmi 3% təşkil edir ki, bunlar da əsasən qeyri-üzvü və üzvü kimyəvi məhsullar, meyvə və tərəvəz məhsulları, qaz, enerji və maye sayğaclarından ibarətdir.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri neft-qaz məhsulları üzrə Azərbaycanın ümumi ixracının 2.3%-i Yunanıstanın payına (23-cü yer) düşür.
Eyni zamanda SOCAR ilə Yunanıstanın “Hellenic Petroleum S.A.” və "Motor Oil Hellas” şirkətləri arasında müxtəlif mənşəli xam neft və neft məhsullarının təchizatı üzrə əməkdaşlıq mövcuddur.
2012-ci ildən etibarən Yunanıstan-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir və 40-dan çox aktiv üzvü var.
2018-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Şirkətinin Afinada nümayəndəliyi təsis edilmişdir.
Azərbaycan ilə Yunanıstan arasında ticarət dövriyyəsi
(min. ABŞ dolları ilə)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2020 (yanvar-iyun) |
6 778,05 |
248 355,98 |
255 134,03 |
241 577,93 |
2019 |
6 108.63 |
93 841.51 |
99 950.14 |
87.73288 |
2018 |
9 490.44 |
161 147.15 |
170 637.59 |
151.65671 |
2017 |
12 1358 |
159 548.2 |
171 684.0 |
147.4124 |
2016 (milyon ABŞ dolları) |
15.32 |
201.32 |
216.70 |
186 |
Diplomatik nümayəndəlik
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyinin ünvanı: 13 Marathonodromon str., 15452, P.Psychico, Athens, Greece.
Səfirliyin rəsmi internet səhifəsi: http://athens.mfa.gov.az