İspaniya Krallığı
Azərbaycan Respublikası və İspaniya Krallığı arasında ikitərəfli münasibətlər
İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 fevral 1992-ci ildə qurulmuşdur.
11 mart 2005-ci il tarixində Azərbaycan Respublikasının İspaniya Krallığında (Madrid şəhərində) Səfirliyi təsis edilmişdir.
5 may 2014-cü il tarixində iqamətgahı Ankarada olan İspaniya Səfirliyinin Bakı şəhərində nümayəndəliyi açılmışdır.
25-27 aprel 2016-cı il tarixində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri X.M.Qarsiya-Marqayo BMT-in Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu 18 nəfərdən ibarətdir. Qrupun rəhbəri Sevil Mikayılovadır.
İspaniya tərəfinin mövcud təcrübəsinə əsasən İspaniya-Azərbaycan parlamentlərarası qrup işçi qaydada fəaliyyət göstərir. 5 mart 2019-cu il tarixinədək İspaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Xose Maria Çikiyo (“Xalq Partiyası”) olmuşdur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və İspaniya Krallığı arasında 10 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və İspaniya arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)
İllər |
İdxal |
İxrac |
Dövriyyə |
Saldo |
2016 |
50,67 |
128,24 |
178,91 |
77,57 |
2017 |
55,58 |
179,6 |
235,20 |
124076,6 |
2018 |
82,96 |
396,37 |
479,33 |
313,41 |
2019 |
67.411,71 |
704.459,85 |
771.871,56 |
637048,14 |
2020 |
98.089,65 |
329.270,32 |
427.359,97 |
231180,35 |
2021 (yanvar-mart) |
16.103,57 |
182.127,36 |
198.230,93 |
|
Azərbaycan Respublikasının ixrac etdiyi məhsullar: xam neft; dizel yanacağı, kerosin yanacağı, turboreaktiv mühərriklər, yarımkeçirici daşıyıcılar, tərkibində əsasən alüminium birləşmələri olan kül və digər qalıqlar, emal olunmamış dəri və fındıq.
Azərbaycan Respublikasına idxal olunan məhsullar: xam soya yağı və onun fraksiyaları, minik avtomobilləri, döşəmə və divarlar üçün keramikadan minalanmış üzlük plitələr.
Diplomatik nümayəndəlik:
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin ünvanı: Ronda de Avutarda 38, 28043, Madrid
Səfirliyin rəsmi internet səhifəsi: http://madrid.mfa.gov.az