Waving Flag of Portugal (Animated Gif)

 

Portuqaliya Respublikası

 

Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında ikitərəfli münasibətlər

 

Portuqaliya Azərbaycanın müstəqilliyini 7 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci il tarixində yaradılmışdır.

16-17 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyada rəsmi səfərdə olmuşdur.

Parlamenlərarası əlaqələr

 

Milli Məclisdə Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə 6 nəfərdən ibarət işçi qrupu mövcuddur, qrupun rəhbəri Nigar Arpadaraidir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasındakı ticarət dövriyyəsi  (milyon ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət dövriyyəsi

2019

14 529.25

353 914.91

368 444.16

2020

12 339.15

239 779.07

252 118.22

2021

16 566.18

587 440.31

604 006.49

2022

13 212.14

743 407.52

756 619.66

2023

13 733.48

299 628 .28

313 361.76

2024 (yanvar-sentyabr)

11 143.49

437 678.72

448 822.21

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 

 

Əsas ixrac olunan mallar: Xam neft, reaktiv kerosin, emal olunmamış gön dəri və s.

Əsas idxal olunan mallar: Mexanizm, elektrotexniki avadanlıqlar və hissələri, geyim ləvazimatları, əczaçılıq məhsulları, plastiklər, çap məmulatlar, ət və ət məhsulları və s.

 

Diplomatik nümayəndəlik:

Azərbaycan Respublikasının Portuqaliya Respublikasındakı Səfirliyinin ünvanı: 50, Ouled Said Souissi, Rabat

Səfirliyin rəsmi internet səhifəsi: rabat.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti