Polşa Respublikası
Azərbaycan Respublikası və Polşa Respublikası arasında ikitərəfli münasibətlər
Polşa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Polşa Respublikasında Səfirliyi 30 avqust 2004-ci ildə təsis olunmuşdur. Polşa Respublikasında Azərbaycan Respublikasındakı Səfirliyi 23 avqust 2001-ci ildə təsis olunmuşdur.
8-9 iyul 2016-cı il, 26-28 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Polşaya səfərləri baş tutmuşdur.
31 may – 1 iyun 2019-cu il tarixində Polşa Respublikasının Prezidenti cənab Andjey Dudanın Azərbaycana səfəri baş tutmuşdur.
10-12 aprel 2017-ci il, 16-18 aprel 2019-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin Polşaya səfərləri baş tutmuşdur.
18-19 oktyabr 2017-ci il tarixində Polşa Respublikası xarici işlər nazirinin Azərbaycana səfəri baş tutmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 13 üzvü var. Qrupun rəhbəri millət vəkili Səttar Möhbalıyevdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 51 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)
İllər |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 |
74,9 |
4,8 |
70,1 |
2017 |
77,8 |
8,7 |
69,1 |
2018 |
104 |
7,9 |
96,1 |
2019 |
95 |
3,9 |
91,6 |
2020 |
113,9 |
4,8 |
109,1 |
Mənbə: AR İqtisadiyyat Nazirliyi
İxracda əsas məhsullar: propilen, meyvə şirələri və tərəvəz, fındıq, kerosin, tikinti materialları.
İdxalda əsas məhsullar: dizel mühərrikləri, dərman, qənnadı məhsullar, gigiyenik məhsullar, sənaye və tikinti avadanlıqları.
“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” 2006-cı ildə yaradılmışdır. Komissiyanın həmsədrləri: Azərbaycan tərəfindən – fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Polşa tərəfindən – iqtisadi inkişaf, əmək və texnologiya nazirinin müavini Robert Tomanek. Komissiyanın indiyədək 7 iclası keçirilmişdir. Sonuncu iclas 20 dekabr 2016-cı il tarixində Varşavada keçirilmişdir.
Diplomatik nümayəndəlik
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin ünvanı: Zwycięzców str. 12, Warsaw 03-941
Səfirliyin internet səhifəsi: warsaw@mission.mfa.gov.az