Latviya Respublikası
Azərbaycan Respublikası və Latviya Respublikası arasında münasibətlər
Latviya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Latviya Respublikasında Səfirliyi 2005-ci ildə açılmışdır.
Latviya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 2006-cı ildə açılmışdır.
Azərbaycan Respublikası və Latviya Respublikası arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf etmişdir. İki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir.
16-18 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına rəsmi səfər etmişdir.
16-17 mart 2017-ci il tarixində Latviya Respublikasının Prezidenti cənab Raymonds Veyonis Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
12-13 dekabr 2019-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Latviya Respublikasına rəsmi səfəri etmişdir.
2017-ci ilin 12-14 fevral tarixlərində Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etmişdir
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kamran Bayramovdur.
Latviya Seymində Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Roman Naudinşdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Latviya arasında 43 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
47 Latviya şirkəti Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir.
İki ölkə arasında ticarət dövriyyəsi
(min ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2016 |
7.88 |
0.85 |
8.73 |
- 7.03 |
2017 |
13.03 |
2.03 |
15.06 |
- 11 |
2018 |
19.88 |
2.51 |
22.39 |
- 17.37 |
2019 |
11.80 |
0.86 |
12.66 |
- 10.94 |
2020 |
11.80 |
0.87 |
12.67 |
- 10.93 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi.
2005-ci ilin 3 oktyabr tarixində iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın indiyədək 7 iclası keçirilmişdir.
Diplomatik Nümayəndəlik
Azərbaycanın Respublikasının Latviya Respublikasındakı Səfirliyinin ünvanı: Ünvan: Raina Bulvaris 2-5, Riga, LV-1050
Səfirliyinin rəsmi internet səhifəsi: http://riga.mfa.gov.az