Waving Flag of France (Animated Gif)

Fransa Respublikası

 

Azərbaycan Respublikası və Fransa Respublikası arasında ikitərəfli münasibətlər

 Fransa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 3 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Fransa Respublikasında Səfirliyi 20 oktyabr 1994-cü ildə açılmışdır.

Fransa Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 16 mart 1992-ci ildə  açılmışdır.

Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq yüksək səviyyədə inkişaf etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12-15 mart 2017-ci il və 19-20 iyul 2018-ci il tarixlərində Fransaya rəsmi səfər etmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 18 may 2018-ci il və 11-12 mart 2019-cu il tarixlərində Fransaya  səfər etmişdir.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 16-17 yanvar 2018-ci il, 15 may 2018-ci il, 15-16 yanvar 2019-cu il və 16-18 may 2019-cu il tarixlərində Fransaya səfər etmişdir.

Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian 27 may 2018-ci il tarixində Azərbaycana səfər etmişdir.

Parlamentlərarası əlaqələr

AR Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Soltan Məmmədovdur.

Fransa Respublikası Senatında Fransa–Qafqaz (Azərbaycan, Gürcüstan) parlamentlərarası dostluq qrupu mövcuddur. Qrupun (o cümlədən Azərbaycan üzrə) rəhbəri Alən Uperdir.

Fransa Respublikası Milli Assambleyasında Fransa–Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir, rəhbəri Pyer Alən Rafandır.

Müqavilə-hüquq bazası

Azərbaycan və Fransa arasında 53 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illər ərzində inkişaf etmişdir.

Azərbaycan Respublikasının ilk peyki – "Azərspace-1'' 2013-cü ilin fevral ayında Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5'' daşıyıcı raketi ilə orbitə buraxılmışdır. 2018-ci ilin sentyabrında isə Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmışdır. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olmuşdur.

Fransa şirkətlərinin Azərbaycana sərmayə yatırımlarında bu ölkənin “MEDEF-İnternational” Birliyi (“MEDEF” – Fransa Şirkətləri Hərəkatı) mühüm rol oynayır.

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2016

150 410,87

493 644,17

644 055,04

2017

154 722,05

337 371,06

492 093,11

2018

183 050,05

441 672.09

624 722,14

2019

250 727,29

536 639,27

787 366,56

2020

448 192,66

110 662,51

558 855,17

                               

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Azərbaycan-Fransa İqtisadi Komissiyası 1997-ci ilin dekabrında yaradılmışdır.

Komissiyanın indiyədək 8 iclası keçirilmişdir.

Eyni zamanda Azərbaycan-Fransa biznes forumlarının keçirilməsinə xidmət etmək məqsədilə 2014-cü ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası yaradılmışdır.

Diplomatik Nümayəndəlik

Azərbaycanın Respublikasının Fransa Respublikasındakı Səfirliyinin ünvanı: 78, avenue d’lena, 75116 Paris

Səfirliyin internet səhifəsi:   www.paris.mfa.gov.az    

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti