Fransa Respublikası
Azərbaycan Respublikası və Fransa Respublikası arasında ikitərəfli münasibətlər
Fransa Azərbaycan Respublikasının müstəqilliyini 3 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın Fransada səfirliyi 20 oktyabr 1994-cü ildə təsis olunmuşdur. Fransanın Azərbaycanda səfirliyi 16 mart 1992-ci ildən fəaliyyət göstərir.
Azərbaycan və Fransa arasında əlaqələr siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- AR Prezidenti Heydər Əliyev Fransaya 8 rəsmi və işgüzar səfər etmişdir.
- AR Prezidenti İlham Əliyev Fransaya 13 rəsmi və işgüzar səfər həyata keçirmişdir. Sonuncu səfər 19-20 iyul 2018-ci ildə (rəsmi səfər) baş tutmuşdur.
- Fransanın Prezidentləri Azərbaycana 3 dəfə səfər etmişlər. Sonuncu səfər 24-25 aprel 2015-ci il tarixlərində Fransua Ollandın işgüzar səfəri olmuşdur.
Vitse-prezidentlərin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 2 dəfə Fransaya səfər etmişdir.
Baş nazirlərin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Baş naziri səviyyəsində Fransaya 3 səfər həyata keçirilmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Fransaya 25 səfər etmişdir. Sonuncu səfər 9-10 noyabr 2021-ci il tarixlərində nazir Ceyhun Bayramov tərəfindən həyata keçirilmişdir.
- Fransa Respublikasının Fransanın xarici işlər naziri Azərbaycana 4 dəfə səfər etmişdir. Sonuncu səfər 27 aprel 2023-cü ildə nazir Katrin Kolonna tərəfindən həyata keçirilmişdir.
Parlamentlərarası əlaqələr
- Azərbaycan Respublikasının Milli Məclisinin sədri Fransaya 2 dəfə səfər etmişdir. Sonuncu səfər sədr Oqtay Əsədov tərəfindən 30 oktyabr-1 noyabr 2007-ci il tarixlərində baş tutub. Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Qrupun rəhbəri Soltan Məmmədovdur. İşçi qrupu öz fəaliyyətini 3 oktyabr 2023-cü il tarixində dayandırmışdır.
- Fransa Senatının sədri Kristian Ponsele 22 iyul 1999-cu il Azərbaycana səfər etmişdir. Fransa Respublikası Milli Assambleyasında Fransa–Azərbaycan parlamentlərarası dostluq qrupu mövcuddur, rəhbəri Pyer Vatəndir. Dostluq qrupu öz fəaliyyətini 29 sentyabr 2023-cü il tarixində dayandırmışdır.
Fransa Respublikası Senatında Fransa–Qafqaz (Azərbaycan, Gürcüstan) parlamentlərarası dostluq qrupu mövcuddur. Qrupun rəhbəri Alən Uperdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Fransa arasında 53 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Fransanın Azərbaycanda qeydiyyatdan keçmiş 78 şirkəti (sahələr: sənaye, k/t, tikinti, ticarət, xidmət) mövcuddur. Fransa şirkətlərinin Azərbaycana sərmayə yatırımlarında bu ölkənin “MEDEF-İnternational” Birliyi (“MEDEF” – Fransa Şirkətləri Hərəkatı) mühüm rol oynayır.
Azərbaycan-Fransa İqtisadi Komissiyası 1997-ci ilin dekabrında yaradılmışdır. Komissiyanın indiyədək 8 iclası keçirilmişdir. Eyni zamanda Azərbaycan-Fransa biznes forumlarının keçirilməsinə xidmət etmək məqsədilə 2014-cü ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası yaradılmışdır.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
787 366.56 |
536 639.27 |
250 727.29 |
2020 |
558 855.17 |
110 662.51 |
448 192.66 |
2021 |
245.47 |
64.60 |
180.87 |
2022 |
273.83 |
50.98 |
222.85 |
2023 |
536.27 |
133.22 |
403.05 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
Ünvan: 78, d’lena meydanı, 75116 Paris, Fransa
Rəsmi internet səhifəsi: www.paris.mfa.gov.az