Waving Flag of Estonia (Animated Gif)

Estoniya Respublikası

 

Azərbaycan Respublikası və Estoniya Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası Estoniya Respublikasının müstəqilliyini 6 dekabr 1991-ci il tarixində tanımışdır. Estoniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 fevral 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 20 aprel 1992-ci ildə qurulmuşdur.

 

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2009-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi 2010-cu ilin sonunda fəaliyyətə başlamışdır.

 

22 fevral 2005-ci il tarixində Estoniya Respublikasının Türkiyə Respublikasındakı səfiri Azərbaycan Respublikasında da akkreditə olunmuşdur. 26 avqust 2014-cü il tarixində Estoniya Respublikası Azərbaycan Respublikasında diplomatik ofisini açmışdır.

 

Azərbaycan Estoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycana:

12-15 yanvar 2009-cu il, Prezident Toomas Hendrik İlves, rəsmi səfər

- Estoniyaya:

6-8 aprel 2010-cu il,  Prezident İlham Əliyev, dövlət səfəri

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Azərbaycana:

13-14 noyabr 2008-ci il, Baş nazir A.Ansip, işgüzar səfər

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycana:

14-16 fevral 1996-cı il, nazir S.Kallas, rəsmi səfər;

01-03 mart 2000-ci il, nazir, T.H.İlves, rəsmi səfər;

12 iyun 2004-cü il, nazir K.Oyuland, rəsmi səfər;

29-30 oktyabr 2007-ci il, nazir U.Paet, rəsmi səfər;

12 iyun 2017-ci il, nazir S.Mikser, rəsmi səfər;

01 dekabr 2017-ci il, nazir S.Mikser, işgüzar səfər.

- Estoniyaya:

24-25 aprel 2008, nazir E.Məmmədyarov, rəsmi səfər.

 

- 2 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Eva-Mariya Liimets ilə görüş keçirmişdir.

- 20 sentyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb.

 

Parlamentlərarası əlaqələr

- Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədov 5-6 iyun 2006-cı il tarixlərində Estoniyaya işgüzar etmişdir.

- 7 sentyabr 2021-ci il tarixində Vyana şəhərində Parlament Spikerlərinin 5-ci Dünya Konfransı çərçivəsində AR Milli Məclisinin sədri Sahibə Qafarova ilə Estoniya Parlamentinin (Riigikoqu) prezidenti Yüri Ratas arasında Vyanada görüş keçirilmişdir.

- Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın  6-8 fevral 2022-ci il tarixlərində Estoniyaya rəsmi səfəri baş tutmuşdur.

- Estoniya Parlamentinin (Riigikoqu) prezidenti Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti 22-26 may 2022-ci il tarixlərində Azərbaycana rəsmi səfər etmişdir.

 

Hazırda Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədovadır.

Hazırda Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri xanım Riina Solmandır.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 22 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2011-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. 2012-ci ilin 28 iyun tarixində Bakı şəhərində Hökumətlərarası Komissiyasının birinci iclası keçirilmişdir. 2014-cü ilin 29-30 sentyabr tarixlərində Tallin şəhərində Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilmişdir. 2017-ci ilin 7 aprel tarixində Bakı şəhərində Hökumətlərarası Komissiyanın üçüncü iclası keçirilmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

4 736.06

2 594.7

2 141.36

2020

4 843.54

1 593.33

3 250.21

2021

6 131.37

1.796.74

4.334.63

2022

9 393.18

2.234.89

7.158.29

2023

9 732.94

4.953.05

4.779.89

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Estoniyada Respublikasındakı Səfirliyi

Ünvan: Pirita tee 20 T, Tallin 10127, Estoniya

Rəsmi internet səhifəsi: www.tallinn.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti