Çex Respublikası
Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər
Çex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyi 31 oktyabr 2005-ci il tarixində təsis olunmuşdur. Çexiyanın Azərbaycandakı Səfirliyi 24 sentyabr 2019-cu il tarixində təsis edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 avqust 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilmişdir.
15 sentyabr 2015-ci il tarixində Bakıda “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır.
Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikası Prezidentinin Çexiyaya 5 səfəri baş tutmuşdur. Sonuncu səfər (işgüzar) AR Prezidenti cənab İlham Əliyev tərəfindən 6-7 oktyabr 2022-ci il tarixlərində həyata keçirilmişdir.
- Çexiya Prezidentinin Azərbaycan Respublikasına 2 rəsmi səfəri baş tutmuşdur. Sonuncu səfər Miloş Zeman tərəfindən 15-17 sentyabr 2015-ci il tarixlərində həyata keçirilmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Çex Respublikasına 3 səfər etmişdir. Sonuncu səfər (rəsmi) 22-23 aprel 2024-cü il tarixlərində həyata keçirilmişdir.
- Çex Respublikasının xarici işlər naziri tərəfindən Azərbaycan Respublikasına 4 səfər baş tutmuşdur. Sonuncu səfər (işgüzar) Yakub Kulhanek tərəfindən 29-01 sentyabr-oktyabr 2021-ci il tarixlərində həyata keçirilmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Elnur Allahverdiyevdir.
Çexiya Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Yan Kubikdir.
- Azərbaycan Respublikası Milli Məclisinin sədri Çexiyaya indiyədək 2 rəsmi səfər etmişdir. Sonuncu səfər Sahibə Qafarova tərəfindən 30 noyabr – 2 dekabr 2023-cü il tarixlərində həyata keçirilmişdir.
- Çex Respublikası Parlamenti sədrinin Azərbaycan Respublikasına indiyədək 3 səfəri baş tutmuşdur. Sonuncu səfər (rəsmi) Radek Vondraçek tərəfindən 16 may 2019-cu il tarixində həyata keçirilmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Çexiya arasında 30 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
“Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılmışdır. Komissiyanın həmsədrləri Azərbaycan tərəfindən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Çexiya tərəfindən isə sənaye və ticarət nazirinin müavini Petr Treşnakdır. Komissiyanın indiyədək 5 iclası keçirilmişdir. Sonuncu iclas 3 mart 2023-cü il tarixində Praqada baş tutmuşdur.
2023-cü ildə Çexiya Avropada Azərbaycanın 6-cı ən böyük ticarət tərəfdaşı (dünyada 14-cü) və 5-ci ən böyük ixrac məntəqəsi (dünyada 10-cu) olmuşdur. 1 yanvar 2024-cü il tarixinə Azərbaycanda 33 Çexiya investisiyalı kommersiya qurumu (sahələr: sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır, onlardan 20-nin fəaliyyəti aktivdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
703 000 000 |
647 000 000 |
56 000 000 |
2020 |
229 000 000 |
192 000 000 |
37 000 000 |
2021 |
263 788.87 |
307 452.8 |
43 663.9 |
2022 |
922 190.64 |
989 582.79 |
67 392.15 |
2023 |
684 215.54 |
767 269.61 |
83 054.07 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi
Ünvan: Na Zatorce 783/17, Prague 6 – Bubenec, 16000, Praqa, Çexiya
Rəsmi internet səhifəsi: www.prague.mfa.gov.az