Bosniya və Herseqovina
Azərbaycan Respublikası və Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlər
Bosniya və Herseqovina Azərbaycan Respublikasının müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış, həmin gün iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
Azərbaycanın Bosniya və Herseqovinada diplomatik nümayəndəliyi 1 mart 2011-ci ildə təsis olunmuşdur.
Bosniya və Herseqovinanın Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.
13 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır.
Azərbaycan Bosniya və Herseqovina ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri səviyyəsində Azərbaycana 8 işgüzar səfər həyata keçirilmişdir:
Mladen İvaniç: 12 iyun 2015-ci il (I Avropa Oyunları), 10-12 mart 2016-cı il (IV Qlobal Bakı Forumu), 23 fevral 2017-ci il (V Qlobal Bakı Forumu), 15-17 mart 2018-ci il (VI Qlobal Bakı Forumu);
Şefik Caferoviç: 14-16 mart 2019-cu il (VII Qlobal Bakı Forumu), 3 noyabr 2021-ci il (VIII Qlobal Bakı Forumu), 16 iyun 2022-ci il (IX Qlobal Bakı Forumu);
Jelka Tsviyanoviç: 28 fevral-01mart 2023-cü il (Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü);
- 13 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bosniya və Herseqovinaya bir günlük rəsmi səfər etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Bosniya və Herseqovinadan xarici işlər naziri səviyyəsində Azərbaycana iki rəsmi və iki işgüzar səfər həyata keçirilmişdir:
Zlatko Laqumciya 7 iyun 2013, rəsmi
İqor Tsrnadak 1-2 dekabr 2016, rəsmi və 3-6 aprel 2018-ci il, işgüzar
Bisera Turkoviç 23 dekabr 2021, rəsmi
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Məzahir Əfəndiyevdir.
2022-2026-cı illər çağırışı üzrə Bosniya və Herseqovinanın Parlament Assambleyasında (BvH PA) Şərqi və Mərkəzi Avropa üzrə parlamentlərarası dostluq qrupunun sədri Sredoye Noviçdir.
- Bosniya və Herseqovinanın Nümayəndələr Palatasının sədri Mladen Boşiç 19 sentyabr 2018-ci il tarixində AR Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak məqsədilə Azərbaycanda səfərdə olmuşdur.
- Bosniya və Herseqovinanın Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç 9-11 iyun 2021-ci il tarixində Azərbaycana rəsmi səfər etmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Bosniya və Herseqovina arasında 7 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycanla Bosniya və Herseqovina arasında Hökumətlərarası Komissiya mexanizmi yoxdur.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
370.42 |
0.00 |
370.42 |
2020 |
741.76 |
0.00 |
741.76 |
2021 |
1 624.55 |
0.00 |
1 624.55 |
2022 |
5 084.42 |
2 940.34 |
2 144.08 |
2023 |
1 832.73 |
5.74 |
1 826.99 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyi
Ünvan: Dzemala Bijedica 305, 71210, Ilidza, Sarayevo
Rəsmi internet səhifəsi: sarajevo.mfa.gov.az