Waving Flag of Bulgaria (Animated Gif)

Bolqarıstan Respublikası

 

Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ikitərəfli münasibətlər

 

Bolqarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 14 yanvar 1992-ci  il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci il tarixində qurulmuşdur.

 

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında Səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 1999-cu ildən fəaliyyət göstərir.

 

4 mart 2015-ci il tarixində iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ilə iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bəyannamədən irəli gələrək 2018-ci ildə Bakıda və 2022-ci ildə Sofiyada xarici işlər nazirləri səviyyəsində Azərbaycan və Bolqarıstan Strateji Dialoqunun iki iclası keçirilmişdir.

 

8 may 2024-cü il tarixində Azərbaycan və Bolqarıstan dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”nin imzalanması ilə iki ölkə arasında münasibətlər keyfiyyətcə daha yüksək müstəviyə yüksəlmişdir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- 3-5 mart 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

- 10-11 mart 2016-cı il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

- 12-14 oktyabr 2017-ci il Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

- 30 sentyabr-1 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

- 10-11 mart 2023-cü il tarixlərində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

- 25 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfər etmişdir.

- 10 dekabr 2023-cü il tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə  Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev arasında görüş keçirilmişdir.   

- 7-8 may 2024-cü il tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

 

Vitse-prezidentlərin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bolqarıstan Respublikasına səfəri:

22 sentyabr 2016-cı il (işgüzar səfər)

- Bolqarıstan Respublikasının vitse-prezidentlərinin Azərbaycan Respublikasına səfərləri:

Marqarita Popova:

29-30 sentyabr 2016-cı il (işgüzar səfər)

16 dekabr 2016-cı il (işgüzar səfər)

İliyana Yotova:

5-6 may, 2017-ci il (işgüzar səfər)

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan Respublikasına səfərləri:

15-16 yanvar 2018-ci il (işgüzar səfər)

14-15 mart 2019-cu il (işgüzar səfər)

- Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkovun Azərbaycan Respublikasına səfəri:

21 iyul 2022-ci il (rəsmi səfər)

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikası xarici işlər nazirlərinin səfərləri:

Elmar Məmmədyarov

30-31 oktyabr, 2018-ci il (rəsmi səfər)

Ceyhun Bayramov

30 may-1 iyun 2022-ci il (rəsmi səfər)

- Bolqarıstan Respublikasının xarici işlər nazirlərinin səfərləri:

Daniyel Mitov

12-14 may 2016-cı il (rəsmi səfər)

Yekaterina Zaxariyeva

23-25 iyun, 2019-cu il (rəsmi səfər)

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2005-ci ilin dekabr ayında təsis edilmişdir. Qrupun rəhbəri millət vəkili Rauf Əliyevdir. Bolqarıstan Respublikasının 48-ci Xalq Məclisində Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupuna Həmid Həmid sədrlik etmişdir.

 

- 11-12 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir.

- 19-21 sentyabr 2018-ci il tarixində Bolqarıstan Respublikası Parlamentinin sədri Tsveta Karayançeva Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Bolqarıstan arasında ümumilikdə 69 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İqtisadi əlaqələrin inkişaf etdirilməsində Ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya əhəmiyyətli rol oynayır. Azərbaycan və Bolqarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 28 may 1999-cu il tarixində yaradılmışdır. İndiyədək Hökumətlərarası Komissiyanın 5 iclası keçirilmişdir (2000, 2004, 2008, 2016 və 2018-ci illərdə). Hökumətlərarası Komissiyanın sonuncu 5-ci iclası 6-7 noyabr 2018-ci il tarixində Sofiyada keçirilmişdir.

 

Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli iqtisadi əməkdaşlığın aparıcı istiqaməti kimi enerji sahəsi çıxış edir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

93.88

79.69

14.19

2021

72.65

54.04

18.65

2022

325.41

292.12

33.29

2023

510.96

481.92

29.04

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi

Ünvan: Sofiya 1113, Ç.Darvin küçəsi 6., Bolqarıstan

Rəsmi internet səhifəsi: www.sofia.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti