Andorra Knyazlığı
Azərbaycan Respublikası və Andorra Knyazlığı arasında ikitərəfli münasibətlər
Azərbaycan və Andorra arasında diplomatik əlaqələr 30 aprel 1996-cı il tarixində yaradılmışdır.
Azərbaycan Respublikasının İspaniyadakı səfiri eyni zamanda Andorra Knyazlığında akkreditə olunmuşdur.
Azərbaycan və Andorra arasında münasibətlərin tarixində məhdud sayda səfərlər həyata keçirilmiş, təmaslar daha çox beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilmişdir.
Baş nazirlərin qarşılıqlı səfərləri
- 26-28 aprel 2014-cü il tarixlərində Andorra Knyazlığının baş naziri Oskar Ribas Reyq “İkinci Açıq Qlobal Cəmiyyətlər Forumu”nda iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdə olmuşdur.
- 12-14 iyun 2016-cı il tarixlərində Andorra Knyazlığında AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı keçirilmişdir. Ali səviyyəli görüşdə digər rəsmilərlə yanaşı, Andorra Knyazlığının Baş naziri Antoni Marti iştirak etmişlər.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 3-5 iyun 2012-ci il tarixlərində Andorranın xarici işlər naziri Gilbert Saboya Sunye Azərbaycana rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Hər iki ölkənin parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupları mövcud deyil.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Andorra Knyazlığı arasında 4 sənəd layihəsi baxılmaqdadır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
1.89 |
1.89 |
- |
2022 |
0.31 |
0.31 |
- |
2023 |
0.81 |
0.81 |
- |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Andorra Knyazlığında akkreditə olunmuş Səfirliyi
Ünvan: Avutarda dairəsi 38, 28043, Madrid, İspaniya
Rəsmi internet səhifəsi: www.madrid.mfa.gov.az