Almaniya Federativ Respublikası
Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər
Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Azərbaycanın Almaniyada Səfirliyi 2 sentyabr 1992-ci il tarixində açılmışdır. Almaniyanın Azərbaycanda Səfirliyi 22 sentyabr 1992-ci il tarixində açılmışdır.
Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Prezidentinin AFR-ə 17 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev: 01-4.07.1996; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: 24-26.08.2004, 22-23.09.2006, 14-16.02.2007, 21-22.11.2009, 04-06.02.2010, 03-05.02.2012, 20-21.01.2015, 06-08.02.2015, 12-14.02.2016, 06-07.06.2016, 17-19.02.2017, 14-16.02.2020, 16-18.02.2023, 13-14.03.2023, 16-18.02.2024, 25-26.04.2024).
Baş nazirlərin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Baş nazirinin Almaniyaya 1 (işgüzar) səfəri həyata keçirilmişdir (Baş nazir A.Rasizadə: 21-23.10.2000);
- Almaniya Federal Kanslerinin AR-ə 1 (rəsmi) səfəri həyata keçirilmişdir (federal kansler A.Merkel: 25.08.2018).
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər nazirinin Almaniyaya 14 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (nazir E.Məmmədyarov: 5-7.07.2006; 4-6.02.2008, 28-30.06.2010, 4-6.02.2011, 18-19.10.2012, 01-03.02.2013, 31.01-02.02.2014, 11.05.2016, 08-09.12.2016, 16-17.02.2018, 15-17.02.2019); nazir C.Bayramov: 28-29.03.2022, 16-18.02.2023, 28-29.02.2024);
- Almaniya Federativ Respublikasının xarici işlər nazirinin Azərbaycana 8 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (nazir K.Kinkel: 22.12.1995; nazir Y.M.Fişer: 20-21.05.2001, 21-22.04.2004; nazir F-V.Ştaynmayer: 19.02.2007; nazir Q.Vestervelle: 14-15.03.2012; nazir F-V.Ştaynmayer: 22-23.10.2014, 30.06.2016; nazir A.Berbok: 04.11.2023).
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu (rəhbəri - Nurlan Həsənov) fəaliyyət göstərir. Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu (sədri - Yohan David Vadeful, Xristian-Demokrat İttifaqı partiyası) Azərbaycanı da əhatə edir.
- Azərbaycan Respublikası Milli Məclisi sədrinin Almaniyaya 2 səfəri həyata keçirilmişdir (spiker O.Əsədov: 8-10.09.2019; spiker S.Qafarova: 29-30.11.2023);
- Almaniya Bundestaqının vitse-prezidentinin Azərbaycana 1 səfəri həyata keçirilmişdir (vitse-prezident K. Göring-Ekart: 18.07.2022).
Müqavilə-hüquq bazası
İki ölkə arasında indiyə qədər 77 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrup 5 may 2011-ci ildə təsis edilmişdir.
Həmsədrlər:
Azərbaycan tərəfindən – iqtisadiyyat nazirinin müavini
Almaniya tərəfdən – Federal İqtisadiyyat və Enerji Nazirliyinin xarici iqtisadi siyasət idarəsinin baş direktoru Ekhard Frants.
İşçi qrupun indiyədək 9 iclası keçirilmişdir. 1-ci iclas 19-21 oktyabr 2011-ci ildə Berlində, sonuncu 9-cu iclas 10 fevral 2023-cü ildə Berlin şəhərində keçirilmişdir.
12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası təsis edilmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2020 |
817. 58 |
234.11 |
583.47 |
2021 |
1 284.66 |
650.26 |
634.4 |
2022 |
1 254.9 |
591.3 |
663.6 |
2023 |
1824.34 |
907.92 |
916.42 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi
Ünvan: Hubertusallee 43, 14193 Berlin, Almaniya
Rəsmi internet səhifəsi: www.berlin.mfa.gov.az