Albaniya Respublikası
Azərbaycan Respublikası və Albaniya Respublikası arasında ikitərəfli münasibətlər
Albaniya Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulmuşdur.
Azərbaycan və Albaniya arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumlarında bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş Prezidentləri iştirak etmişlər.
10-11 mart 2016-cı il tarixlərində Albaniya Respublikasının Prezidenti Buyar Nişani “IV Qlobal Bakı Forumu”nda iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.
15-18 mart 2017-ci il tarixlərində Albaniya Respublikasının Prezidenti cənab Buyar Nişani “V Qlobal Bakı Forumu”nda iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.
15-17 mart 2018-ci il tarixlərində Albaniya Respublikasının Prezidenti cənab İlir Meta “VI Qlobal Bakı Forumu”nda iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.
14-16 mart 2019-cu il tarixlərində Albaniya Respublikasının Prezidenti cənab İlir Meta “VII Qlobal Bakı Forumu”nda iştirak məqsədilə Azərbaycana işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Etibar Əliyevdir.
Albaniya Parlamentində Albaniya-Azərbaycan Dostluq Qrupunun sədri keçmiş xarici işlər naziri və kənd təsərrüfatı və aqrar inkişaf naziri olmuş Edmond Panaritidir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Albaniya arasında 8 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilmişdir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər.
Azərbaycan və Albaniya arasında ticarət dövriyyəsi
(min ABŞ dolları ilə)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2020 (yanvar-iyun) |
232.12 |
0.00 |
232.12 |
-232.12 |
2019 |
863.53 |
0.00 |
863.53 |
-853.53 |
2018 |
540.59 |
0.00 |
540.59 |
-540.59 |
2017 |
432.7 |
72.3 |
505 |
-360.4 |
Azərbaycan və Albaniya arasında əməkdaşlıqda enerji sahəsi ən vacib sahələrdən biridir. Trans-Adriatik Kəməri (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi bu istiqamətdə strateji əhəmiyyət daşıyır. Eyni zamanda Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır.
Diplomatik nümayəndəlik
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyinin (eyni zamanda Albaniya Respublikasındakı Səfirliyi) ünvanı: 13 Marathonodromon str., 15452, P.Psychico, Athens, Greece
Səfirliyin rəsmi internet səhifəsi: www.athens.mfa.gov.az