Türkmənistan
Diplomatik münasibətlərin qurulması:
Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunmuşdur.
Səfirliklərin fəaliyyəti:
18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda Səfirliyi fəaliyyətə başlamışdır. 8 iyun 1999-cu ildə isə Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2023-cü il tarixli Sərəncamı ilə Qismət Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur, etimadnaməsini 4 oktyabr 2023-cü ildə Türkmənistan Prezidentinə təqdim etmişdir.
Türkmənistan Prezidentinin 7 iyul 2022-ci il tarixli Sərəncamı ilə Qurbanməmmet Elyasov Türkmənistanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş, etimadnaməsini 16 avqust 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinə təqdim etmişdir.
Siyasi əlaqələr:
11 mart 2017-ci ildə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır.
Ali və yüksək səviyyəli səfərlər-görüşlər:
Azərbaycan Respublikası Prezidentlərinin Türkmənistana səfərləri
Ümummilli Lider Heydər Əliyev |
23-24 dekabr 1993-cü il |
MDB-yə üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısı |
26-27 oktyabr 1994-cü il |
Türkmənistanın Müstəqillik günü münasibətilə tədbirlər |
|
13-14 may 1996-cı il |
İqtisadi Əməkdaşlıq Təşkilatının IV Zirvə toplantısı |
|
23-25 aprel 2002-ci il |
Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə toplantısı |
|
Prezident İlham Əliyev
|
28-29 noyabr 2008-ci il |
Rəsmi səfər |
29 noyabr 2008-ci il |
Azərbaycan, Türkmənistan və Türkiyə Prezidentləri arasında görüş |
|
21-22 noyabr 2018-ci il |
Rəsmi səfər |
|
11 oktyabr 2019-cu il |
İşgüzar səfər: MDB Dövlət Başçıları Sammiti |
|
28 noyabr 2021-ci il |
İşgüzar səfər: İƏT-in 15-ci sammiti |
|
29 iyun 2022-ci il |
İşgüzar səfər: Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Toplantısı |
|
14 dekabr 2022-ci il |
İşgüzar səfər: Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü |
Türkmənistan Prezidentlərinin Azərbaycan Respublikasına səfərləri
Saparmurat Niyazov |
18-19 mart 1996-cı il |
Rəsmi səfər |
Qurbanqulı Berdiməhəmmədov |
19-20 may 2008-ci il |
Rəsmi səfər |
18 noyabr 2010-cu il |
İşgüzar səfər: Xəzəryanı Ölkələrin Dövlət Başçılarının Üçüncü Zirvə toplantısı |
|
12 iyun 2015-ci il |
İşgüzar səfər: “Bakı 2015” Birinci Avropa Oyunlarının Açılış Mərasimi |
|
8-9 avqust 2017-ci il |
Rəsmi səfər |
|
25-26 oktyabr 2019-cu il |
İşgüzar səfər: Qoşulmama Hərəkatının Zirvə Toplantısı |
|
11 mart 2020-ci il |
Rəsmi səfər |
|
Sərdar |
2 mart 2023 |
İşgüzar səfər: Qoşulmama Hərəkatının COVID-19-a Qarşı Mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü |
Azərbaycan Respublikasının Baş nazirlərinin Türkmənistana səfərləri
Artur Rasi-zadə
|
24 dekabr 2006-cı il |
Türkmənistan Prezidenti S.Niyazovun dəfn mərasimi |
14 fevral 2007-ci il |
Türkmənistan Prezidenti Q.Berdiməhəmmədovun andiçmə mərasimi |
|
22 noyabr 2007-ci il |
MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası |
|
5 dekabr 2012-ci il |
MDB Dövlət Başçıları Şurasının iclası |
|
Novruz Məmmədov
|
30-31 may 2019-cu il |
MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası |
12 avqust 2019-cu il |
Birinci Xəzər İqtisadi Forumu |
Azərbaycan Respublikasının Parlament Sədrlərinin Türkmənistana səfərləri
Oqtay Əsədov |
12 dekabr 2015-ci il |
Türkmənistanın Daimi Bitərəfliyinin 20 İlliyinə Həsr Olunmuş Beynəlxalq Konfrans |
Sahibə Qafarova |
7-8 dekabr 2022-ci il |
Rəsmi səfər |
Türkmənistanın Parlament Sədrlərinin Azərbaycan Respublikasına səfərləri
Sahat Muradov |
8-9 aprel 2000-ci il |
Türkdilli Ölkələrin Dövlət Başçılarının Altıncı Zirvə Toplantısı və “Kitabi-Dədə Qorqud” Dastanının 1300 İllik Yubileyi |
Akca Nurberdiyeva |
18-20 iyun 2008-ci il |
Azərbaycan Parlamentinin 90 İllik Yubileyinə Həsr Olunmuş Tədbirlər |
Gülşat Məmmədova |
4-5 noyabr 2019-cu il |
Rəsmi səfər |
30 iyun 2022-ci il |
İşgüzar səfər |
Azərbaycan Respublikası xarici işlər nazirlərinin Türkmənistana səfərləri
Həsən Həsənov |
5 fevral 1998-ci il |
Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqların aparılması üçün yaradılmış ekspertlər qrupunun iclası |
Elmar Məmmədyarov |
23 may 2007-ci il |
Rəsmi səfər |
11 dekabr 2010-cu il |
Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunmuş “beynəlxalq konfrans” |
|
29 yanvar 2015-ci il |
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin İkinci üçtərəfli görüşü |
|
31 yanvar 2018-ci il |
Rəsmi səfər |
|
Ceyhun Bayramov |
21 yanvar 2021-ci il |
Rəsmi səfər |
27 noyabr 2021-ci il |
İşgüzar səfər, İƏT XİNŞ 25-ci iclası |
Türkmənistanın xarici işlər nazirlərinin Azərbaycan Respublikasına səfərləri
Boris Şıxmuradov |
30 mart 1998-ci il |
Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqların aparılması üçün yaradılmış ekspertlər qrupunun iclası |
18-21 may 1999-cu il |
İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının IX iclası |
|
Rəşid Meredov |
5 mart 2008-ci il |
İşgüzar səfər |
2-3 aprel 2014-cü il |
Rəsmi səfər |
|
25-26 may 2014-cü il |
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Birinci üçtərəfli görüşü |
|
18 oktyabr 2018-ci il |
AR və Türkmənistan XİN rəhbərləri səviyyəsində məsləhətləşmələr |
|
5 dekabr 2022-ci il |
İşgüzar səfər |
Ali səviyyədə görüşlər
Ümummilli Lider Heydər Əliyev |
Saparmurat Niyazov |
8 dekabr 1997-ci il |
İslam Konfransı Təşkilatının VIII Zirvə toplantısı, Tehran |
Ümummilli Lider Heydər Əliyev |
Saparmurat Niyazov |
18 noyabr 1999-cu il |
ATƏT-in Zirvə toplantısı, İstanbul |
Ümummilli Lider Heydər Əliyev |
Saparmurat Niyazov |
9 iyun 2000-ci il |
İqtisadi Əməkdaşlıq Təşkilatının VI Zirvə toplantısı, Tehran |
Ümummilli Lider Heydər Əliyev |
Saparmurat Niyazov |
27 aprel 2001-ci il |
Türkdilli Dövlət Başçılarının VII Zirvə toplantısı İstanbul |
İlham Əliyev |
Qurbanqulı Berdiməhəmmədov |
10 iyun 2007-ci il |
MDB Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı, Sankt-Peterburq |
İlham Əliyev |
Qurbanqulı Berdiməhəmmədov |
4 iyun 2014-cü il |
TDƏŞ IV Zirvə toplantısı, Bodrum |
İlham Əliyev |
Qurbanqulı Berdiməhəmmədov |
5 iyun 2014-cü il |
TDƏŞ IV Zirvə toplantısı AR, TR, Türkmənistan Prezidentlərinin üçtərəfli görüşü, Bodrum |
İlham Əliyev |
Qurbanqulı Berdiməhəmmədov |
11 oktyabr 2019-cu il |
MDB Dövlət başçılarının Zirvə toplantısı, Aşqabad |
İlham Əliyev |
Sərdar Bediməhəmmədov |
29 iyun 2022-ci il |
Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Görüşü, Aşqabad |
İlham Əliyev |
Sərdar Bediməhəmmədov |
2 mart 2023-cü il |
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, Bakı |
Parlamentlərarası əlaqələr:
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan, Türkmənistanın Məclisində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.
İşçi qrupunun Azərbaycan tərəfindən rəhbəri: Fəzail Ağamalı
İşçi qrupunun Türkmənistan tərəfindən rəhbəri: Annamuhammet Sarcayev
7 dekabr 2022-ci ildə Azərbaycan və Türkmənistan Parlamenləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan Respublikası və Türkmənistan siyasi-diplomatik sahələr ilə yanaşı, iqtisadi, nəqliyyat-logistika, energetika və mədəni-humanitar sahələrdə də əməkdaşlıq edirlər.
İqtisadi əlaqələr - Hökumətlərarası Komissiya:
2008-ci ildən etibarən Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan tərəfdən həmsədri isə Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət kompleksi, tekstil sənayesi və sahibkarlıq sahəsi üzrə müavini Batır Atdayevdir. Komissiyanın bu vaxta qədər 7 iclası keçirilmişdir.
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 73% artaraq, 738 milyon 966 min ABŞ dolları təşkil etmişdir.
Müqavilə-hüquq bazası:
Azərbaycan Respublikası və Türkmənistan arasında 108 sənəd imzalanmışdır.
Çoxtərəfli əməkdaşlıq:
İki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY çərçivəsində faydalı əməkdaşlıq mövcuddur.
Azərbaycan Respublikası və Türkmənistan üçtərəfli formatda da əməkdaşlıq edir. 14 dekabr 2023-cü ildə Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib.
Eyni zamanda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər, iqtisadiyyat və energetika nazirləri səviyyəsində də üçtərəfli formatda əməkdaşlıq edilir.