Sinqapur Respublikası
Azərbaycan Respublikası və Sinqapur Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Sinqapur Respublikası arasında diplomatik münasibətlər 15 avqust 1994-cü ildə qurulmuşdur.
Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyi eyni zamanda Sinqapurda akkreditə olunmuşdur.
Dövlət başçılarının qarşılıqlı səfərləri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20-21 noyabr 2012-ci il tarixlərində Sinqapur Respublikasına dövlət səfəri baş tutmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
18-21 mart 2010-cu ildə Sinqapurun xarici işlər naziri C.Y.Yeo Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Sinqapur parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Azərbaycan tərəfindən işçi qrupun rəhbəri Məmmədov Məşhur Şahbaz oğludur.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
24 271.89 |
1 022.01 |
23 249.88 |
2020 |
77 100.00 |
48 500.00 |
28 600.00 |
2021 |
19 073,01 |
824,70 |
18 248,31 |
2022 |
35 967,89 |
1 320,75 |
34 647,14 |
2023 (yanvar-sentyabr) |
106 746,49 |
89 849,28 |
16 897,21 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Sinqapur Respublikasında akkreditə olunmuş Səfirliyi
Ünvan: Jl. Karang Asem Tengah Blok C-5 No. 20, Kuningan Timur, Cakarta Selatan, Cakarta, İndoneziya, 12950
Rəsmi internet səhifəsi: www.jakarta.mfa.gov.az
Tel: +622125554408