Waving Flag of Syria (Animated Gif)

Suriya Ərəb Respublikası

 

Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında ikitərəfli münasibətlər

16 yanvar 1992-ci il tarixində Suriya Ərəb Respublikası Azərbaycan dövlətinin müstəqilliyini tanımışdır.

28 mart 1992-ci ildə Suriya Ərəb Respublikası ilə diplomatik əlaqələr yaradılmışdır. Ölkələrimiz arasında əməkdaşlıq BMT və İKT çərçivəsində həyata keçirilmişdir.

 Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Suriya arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2016

291,3

-

291,3

2017

238,4

-

238,4

2018

234,6

7,4

227,2

2019

193.43

-

193.43

 

4 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyası yaradılmışdır.

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti