Livan Respublikası
Azərbaycan Respublikası və Livan Respublikası arasında ikitərəfli münasibətlər
1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır. 1992-ci ilin 18 sentyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
27 sentyabr 2018-ci iltarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Livan Respublikasının Xarici İşlər və Diaspor naziri Cubran Basil ilə görüşmüşdür.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Livan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə Livan arasında ticarət dövriyyəsi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2014 |
36 627.1 |
35 091.2 |
1 536.0 |
2015 |
12 336.2 |
11 399.2 |
937.0 |
2016 |
43 233.1 |
42 664.5 |
568.6 |
2017 |
33,996.6 |
32 884.3 |
1 112.3 |
2018 |
14 804.0 |
14 193.9 |
610.1 |
2019 |
940.98 |
32.18 |
908.80 |