Yaponiya
Azərbaycan Respublikası və Yaponiya arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Yaponiya arasında siyasi, iqtisadi, mədəniyyət, təhsil, elm və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. İki ölkə arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulmuşdur. 1 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyinin təsis olunmasına dair qanun qəbul etmişdir. 12 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi açılmışdır. Azərbaycan Respublikasında Yaponiya Səfirliyi 21 yanvar 2000-ci ildə açılmışdır.
5 – 6 sentyabr 2018-ci ildə Yaponiya xarici işlər naziri Taro Kono Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan – Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu faəliyyət göstərir. İşçi qrupunun rəhbəri xanım Əminə Ağazadədir.
Yaponiya Parlamentində, həmçinin Yaponiya - Azərbaycan Parlamentlərarası Dostluq Liqası fəaliyyət göstərir. Qrupun Yaponiya üzrə həmsədri Akira Amari Parlamentin aşağı palatasının üzvüdür.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 28 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi, ticarət, enerji, sosial layihələr, yüksək texnologiyalar, neft, kənd təsərrüfatı və infrastruktur sahələrində əməkdaşlıq inkişaf etdirilir.
Azərbaycan Respublikası ilə Yaponiya arasında ticarət dövriyyəsinin həcmi.
(milyon ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2016 |
282,6 |
1,6 |
284,2 |
-281 |
2017 |
170.3 |
4.3 |
174.6 |
-166 |
2018 |
66.6 |
74.9 |
141.5 |
-8.3 |
2019 |
221.576 |
90.215 |
311.791 |
-131.361 |
2020 |
150.666.21 |
2.888.77 |
153.554.98 |
-147.777.44 |
2021 yanvar-mart |
45.507.00 |
4.221.42 |
49.728.42 |
-41.285.58 |
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyinin ünvanı: 1-19-15 Higashigaoka, Meguro-ku, Tokyo 152-0021
Səfirliyin internet səhifəsi: www.tokyo.mfa.gov.az
Səfirliyin telefon nömrəsi: +81354864744