Waving Flag of China (Animated Gif)

Çin Xalq Respublikası

 

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 3 sentyabr 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi açılmışdır.

 

Bu gün Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.

 

Məhz iki ölkənin dövlət başçıları səviyyəsində təşəkkül tapmış, qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə müşahidə olunan hazırki yüksək inkişaf dinamikasının əsasını təşkil edir.

 

İki ölkə arasında mövcud fəal siyasi dialoq nəticəsində energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməkdədir.

 

Qeyd olunmalıdır ki, 2013-cü ildə Çin Xalq Respublikası tərəfindən irəli sürülümüş “Bir Kəmər Bir Yol” təşəbbüsü ikitərəfli münasibətlərimizin dərinləşməsinə yeni imkanlar yaratmışdır. Azərbaycan “Bir Kəmər Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verməkdədir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri:

17-19 mart 2005- rəsmi səfər

8 avqust 2008 – işgüzar səfər

20-21 may 2014 – işgüzar səfər

8-11 dekabr 2015 – dövlət səfəri

24-27 aprel 2019 – işgüzar səfər

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 2016-cı ilin 14 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfər etmişdir.

- 2018-ci ilin 17-21 sentyabr tarixində  Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfər etmişdir.

- 2019-cu ilin 22-23 may tarixlərində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Azərbaycan tərəfdən rəhbəri Siyavuş Novruzovdur.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Çin tərəfdən rəhbəri Lou Çinçiendir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında 89 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

2 184 194.00

752 162.63

1 432 031.37

2020  

1 846 585.02

432 760.54

1 413 824.48

2021

1 780.69

141.15

1 639.54

2022

2 159.05

72.06

2 086.26

2023 (yanvar-sentyabr)

2 282 165.31

71 636.98

2 210 528.33

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi                               

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi

Ünvan: Qijayuan Diplomatik İqamətgahı, Villa B-3-3, 100600 Pekin, Çin 

Rəsmi internet səhifəsi: www.beijing.mfa.gov.az

Tel: (+8610) 65 32 46 14 

Faks: (+8610) 65 32 46 15 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti