Əfqanıstan İslam Respublikası
Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında ikitərəfli münasibətlər
Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991–ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 16 noyabr 1994-cü ildə qurulmuşdur. Əfqanıstanın Azərbaycanda səfirliyi 2012-ci ilin noyabr ayından fəaliyyət göstərir.
Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Jayhoon-nun etimadnaməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 17 dekabr 2020-ci tarixində qəbul edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında Səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 28 iyul 2021-ci ildə İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında səfiri təyin olunmuşdur.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 5-7 may 2006-cı il Prezident Həmid Kərzai İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində Azərbaycana səfər etmişdir.
- 16 oktyabr 2012-ci il Prezident Həmid Kərzai, İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı çərçivəsində Azərbaycana səfər etmişdir.
- 1 dekabr 2014-cü il Prezident Məhəmməd Əşrəf Qani - işgüzar səfər;
- 22 dekabr 2015-ci il Prezident Məhəmməd Əşrəf Qəni - rəsmi səfər;
- 14-15 mart 2019-cu il Prezident Məhəmməd Əşrəf Qəni, 7-ci Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana səfər etmişdir.
- 25-26 oktyabr 2019-cu il Prezident Məhəmməd Əşrəf Qəni, Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı çərçivəsində Azərbaycana səfər etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 19-21 iyun 2006-cı il tarixində Əfqanıstanın xarici işlər naziri Rəngin Dadfər Spanta İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 33-cü toplantısında iştirak məqsədilə Azərbaycanda səfərdə olmuşdur.
- 15-17 dekabr 2008-ci il Əfqanıstanın xarici işlər naziri Rəngin Dadfər Spantanın Azərbaycana səfəri;
- 15 oktyabr 2012-ci il Əfqanıstanın xarici işlər naziri Zalmai Rassulun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasında iştirakı çərçivəsində Azərbaycana səfəri;
- 30 may 2013-cü il tarixində Əfqanıstanın xarici işlər naziri Zalmai Rassul II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdə olmuşdur.
- 18-19 mart 2014-cü il Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmaninin Azərbaycana rəsmi səfəri;
- 1 dekabr 2017-ci il Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci Nazirlər Toplantısında iştirakı məqsədilə Əfqanıstan Prezidenti M.Ə.Qaninin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmişdir.
- 5-6 aprel 2018-ci il Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak məqsədilə Azərbaycana səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupunun rəhbəri Musa Cəfər oğlu Qasımlıdır. Üzvlər: Quliyev Eldar Allahyar oğlu, Rafailov Anatoliy Xaimoviç, Rzayev Tahir Musa oğlu.
O cümlədən, Əfqanıstan Parlamentində Əfqanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Atiqullah Ramindir. Üzvlər: Mohammad Arif Noorzai, Farida Hamidi, Hamiddin Yoldash, Abdulkarim Karimi, Dr. Yarbaz Hameedi, Bismulallah Jan Mohammadi, Ghulam Faruq Majruh, Mahboba Rahmat.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında 15 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
82.759 |
82.7 |
59.000 |
2020 |
30.69 (min) |
- |
30.69 (min) |
2021 |
6 560.81 |
6 484.70 |
76.11 |
2022 |
805.12 |
782.95 |
22.17 |
2023 (yanvar-sentyabr) |
312.65 |
260.95 |
51.70 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupun birinci iclası 16 iyul 2019-cu ildə Bakıda keçirilmişdir.
2019-cu ilin 11-14 oktyabr tarixlərində Əfqanıstanın Sənaye və Ticarət Nazirliyi, Sənaye və Ticarət Palatası və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Əfqan məhsulları sərgisi keçirilmişdir.
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 30 dekabr 2020-ci ildə AR-in Əfqanıstan İslam Respublikasında səfirliyi təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 28 iyul 2021-ci ildə İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasında səfiri təyin edilmişdir.