Waving Flag of Kuwait (Animated Gif)

Küveyt Dövləti

 

Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında ikitərəfli münasibətlər

 

1994-cü ilin 10 oktyabr tarixində Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

 

Azərbaycan Respublikası və Küveyt Dövləti arasında fəal və uğurlu siyasi dialoq siyasi əlaqələri yüksək olaraq səciyyələndirməyə əsas verir. Keyfiyyətli siyasi əlaqələr bütün sahələrdə mövcud imkanlardan yararlanması üçün əlverişli şərait yaratmışdır. Bu gün birbaşa uçuşlar turizm sahəsində əməkdaşlıq əlaqələrinin güclənməsinə təkan vermiş, ticari-iqtisadi qarşılıqlı fəaliyyət üçün zəmin  yaratmışdır. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Küveyt Dövləti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- 10-11 fevral 2009 - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfərləri:

20 yanvar 2007

27-28 may 2015

- 7 iyun 2007 - Küveyt Dövlətinin Baş nazirinin müavini-xarici işlər naziri şeyx Məhəmməd Sabah Əs-Səlim Əs-Sabahın rəsmi səfəri

- Küveyt Dövlətinin Baş nazirinin müavini-xarici işlər naziri şeyx Sabah Əl-Xalid Əl-Həməd Əs-Sabahın Azərbaycana rəsmi və işgüzar səfərləri

13-14 fevral 2013

25-26 oktyabr 2019

- Küveyt Dövlətinin xarici işlər naziri şeyx Səlim Abdullah Əl-Cabir Əs-Sabahın işgüzar səfərləri

2-3 mart və 5-6 iyul 2023

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir:

İşçi qrupunun rəhbəri Vahid Əhmədov

Küveyt Dövlətinin Ümmət Məclisində Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir:

Dostluq qrupunun rəhbəri – Məhəmməd Həyif Əl-Muteyri

 

- Azərbaycan Respublikası Milli Məclisinin sədrinin başcılıq etdiyi nümayəndə heyətinin rəsmi səfəri:

May 1996

- Küveyt Dövlətinin Ümmət Məclisində Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mübarək Saleh Ən-Nəcədənin rəsmi səfəri:

16 may 2013

- Küveyt Dövlətinin Ümmət Məclisində Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Səud Nəşmi Əl-Hureycinin rəsmi səfəri:

1 may 2015

- Küveyt Dövlətinin Ümmət Məclisinin sədri Mərzuq Əl-Ğənimin işgüzar səfərləri:

19-21 sentyabr 2018

30 iyun-1 iyul 2022

- Küveyt Dövlətinin Ümmət Məclisində Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Həlid Əl-Oteybinin rəsmi səfəri:

11-12 mart 2019

- Küveyt Dövlətinin Ümmət Məclisində Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Həyif Əl-Muteyrinin rəsmi səfəri:

22-23 yanvar 2024

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Küveyt Dövlətinin arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 21 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

10 fevral 2009-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiya yaradılmışdır.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

3 492.17

236.45

3 255.72

2020  

332.63 

255.82  

76.81 

2021

370.17

288.35

81.82

2022

753.68

579.21

174.47

2023 (yanvar-oktyabr)

638.18

440.74

197.44

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti