İraq Respublikası
Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər
02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.
30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında tarixi dostluq əlaqələri mövcuddur. Ötən illər ərzində İraq və İraqın Kürdüstan Regionu ilə uğurlu siyasi dialoq təşəkkül tapmışdır. Bunun nəticəsi olaraq, Azərbaycan-İraq münasibətləri siyasi, iqtisadi, mədəniyyət və digər sektorlarda müsbət məcrada inkişaf edir və yeni imkanların kəşf edilməsi üçün fəal təmaslar həyata keçirilir. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində İraq Respublikası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə işgüzar və rəsmi səfərləri:
1-3 mart və 19 noyabr 2023
- İraq Respublikasının Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzaninin ölkəmizə işgüzar səfəri:
18 iyul 2023
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri:
10 fevral 2014
- İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin rəsmi səfəri:
22-24 dekabr 2011
- İraq Respublikasının xarici İşlər naziri Məhəmməd Əli Əl-Hakimin işgüzar səfəri:
24-26 oktyabr 2019
- İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseynin işgüzar səfəri:
5-6 iyul 2023
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası işçi qrupu fəaliyyət göstərir:
İşçi qrupunun rəhbəri – İlham Məmmədov
İraq Respublikasının Nümayəndələr Palatasında İraq-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir:
Dostluq qrupunun rəhbəri – Cabbar Əl-Kənani
- İraq Respublikası Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Hamməm Həmudinin rəsmi səfəri:
17-19 yanvar 2012
- İraq Respublikası Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Şerko Məhəmməd Mir Veysin rəsmi səfəri:
4-5 aprel 2021
- İraq Respublikası Nümayəndələr Palatasının sədr müavini Abdullah Əhməd Talabaninin işgüzar səfəri:
29 iyun – 1 iyul 2022
- İraq Respublikası Nümayəndələr Palatasının İnsan haqları Komitəsinin sədri Ərşad Rəşad Əs-Salihinin rəsmi səfəri:
27-29 oktyabr 2023
- Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası işçi qrupunun rəhbəri İlham Məmmədovun rəhbərliyi altında nümayəndə heyətinin işgüzar səfəri:
7-12 noyabr 2023
- İraq Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Möhsin Əli Əkbər Əl-Mandalavinin işgüzar səfəri:
21-23 fevral 2024
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
14 728.95 |
13 600.53 |
1 128.42 |
2021 |
23 442.48 |
23 083.14 |
359.34 |
2022 |
29 277.12 |
28 782.57 |
494.55 |
2023 (yanvar-oktyabr) |
14 996.70 |
14 897.30 |
99.40 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi