Waving Flag of North Korea (Animated Gif)

Koreya Xalq Demokratik Respublikası

 

Azərbaycan Respublikası və Koreya Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər

 

Koreya Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabr tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 30 yanvar 1992-ci ildə qurulmuşdur.

 

Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında xüsusi ilə çoxtərəfli əsasda – BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.

 

2018-ci il 5-6 aprel tarixlərində Koreya Xalq Demokratik Respublikası Xarici İşlər naziri Ri Yonq-ho Qoşulmama Hərəkatının 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Azərbaycana Respublikasına işgüzar səfər etmişdir. Səfər çərçivəsində Ri Yonq-ho 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olmuş, 6 aprel tarixində isə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüş keçirmişdir.

 

Müqavilə hüquq bazası

Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası  arasında  1 sənəd imzalanmışdır.

Diplomatik nümayəndəlik

 

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin ünvanı:

Qijayuan Diplomatic Compound, Villa B-3-3, 100600 Beijing 

Səfirliyin internet səhifəsi: www.beijing.mfa.gov.az

 

TEL: (+8610) 65 32 46 14 

FAX: (+8610) 65 32 46 15 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti