
Bruney-Darüssalam
İkitərəfli münasibətlər haqqında
Respublikası ilə Bruney-Darüssəlam arasında diplomatik əlaqələr 24 noyabr 1995-ci ildə qurulub.
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi eyni zamanda Bruney-Darüssəlamda akkreditə olunub.
Hazırda Azərbaycan Respublikasının Bruney-Darüssəlamda səfiri təyin edilməyib. Bruney-Darüssəlamın Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri yoxdur.
İki ölkə arasındakı coğrafi məsafə və birbaşa aviareyslərin olmaması səbəbindən qurumlararası səfərlər məhduddur. Bruney tərəfinin ölkəmizə səfərləri əsasən Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirakla bağlıdır.
Xarici işlər nazirlərinin səfərləri
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Bruney-Darüssəlama səfəri
|
Nazir |
Səfərin mahiyyəti |
Tarix |
|
Elmar Məmmədyarov |
Rəsmi səfər |
18–20 mart 2006-cı il
|
Parlamentlərarası əlaqələr
Hazırda Azərbaycan Respublikası və Bruney-Darüssəlamın parlamentlərində parlamentlərarası əlaqələr üzrə dostluq və ya işçi qrupları mövcud deyil.
Müqavilə-hüquq bazası
Hazırda Azərbaycan Respublikası ilə Bruney-Darüssəlam arasında müqavilə-hüquq bazası mövcud deyil.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
37,42 |
36,70 |
0,72 |
|
2024 |
704,00 |
696,08 |
7,92 |
|
2025 |
21,85 |
18,03 |
3,82 |
Qeyd: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanıb.
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyinin ünvanı və əlaqə məlumatları
Ünvan: Lot 589, Jalan 6, Taman Ampang Utama, 68000 Ampang, Selangor Darul Ehsan, Malaysia
Telefon: (+60 3) 4252 6800; (+60 3) 4253 4800
Elektron poçt: kualalumpur@mission.mfa.gov.az; consul_kualalumpur@mfa.gov.az (konsulluq şöbəsi)