Waving Flag of Bahrain (Animated Gif)

Bəhreyn Krallığı

 

Azərbaycan Respublikası və Bəhreyn Krallığı arasında ikitərəfli münasibətlər

 

6 noyabr 1996-cı ildə Azərbaycan Respublikası və Bəhreyn Krallığı arasında diplomatik əlaqələr qurulmuşdur.

 

Azərbaycan Respublikası və Bəhreyn Krallığı arasında əlaqələr dostluq və əməkdaşlığa söykənir. Yaxşı siyasi əlaqələr iki ölkə arasında əlaqələrin irəliləməsini, eləcə də müxtəlif əməkdaşlıq mexanizmlərinin qurulmasını  təmin edən başlıca şərtdir. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Bəhreyn Krallığı Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 24-26 oktyabr 2019 - Bəhreyn Krallığının xarici işlər naziri Xalid bin Əhməd Əl Xəlifənin işgüzar səfəri.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

İşçi qrupunun rəhbəri – Nizami Cəfərov

 

- 10-15 mart 2023- Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın işgüzar səfəri;

- 20-21 sentyabr 2018- Bəhreyn Krallığının Nümayəndələr Palatasının sədri Əhməd bin İbrahim Əl-Mullanın rəsmi səfəri;

- 21-23 fevral 2024- Bəhreyn Krallığının Nümayəndələr Palatasının sədri Əhməd bin Salman Əl Müsəlləmin işgüzar səfəri.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 2 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

1 005.21

205.12

800.09

2020

646.99

20.10

626.89

2021

778.47

5.78

772.69

2022

2 239.81

656.26

1 583.55

2023 (yanvar-oktyabr)

1 166.95

326.64

840.31

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti