Waving Flag of the United Kingdom (Animated Gif)

Birləşmiş Krallıq

 

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər

 

Birləşmiş Krallıq Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 mart 1992-ci il tarixində qoyulmuşdur.

 

Birləşmiş Krallığın Azərbaycan Respublikasında Səfirliyi 1993-cü ilin sentyabr ayında açılmışdır. Azərbaycan Respublikasının Birləşmiş Krallığında Səfirliyi 1994-cü ilin yanvar ayında açılmışdır.

 

2016-cı ildə Azərbaycan Respublikası və Birləşmiş Krallığın xarici işlər nazirlikləri arasında strateji dialoq mexanizmi yaradılmışdır. Strateji dialoqun sonuncu iclası 2023-cü ilin iyun ayında Londonda keçirilmişdir.

 

Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən daimi siyasi dialoq, güclü iqtisadi gündəm və intensiv mədəniyyət və təhsil mübadilələri də daxil olmaqla yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Münasibətlərimiz strateji tərəfdaşlıq ruhunda genişlənir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- 1994 və 1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Birləşmiş Krallığa rəsmi səfərlər etmişdir.

- 2004, 2009 və 2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Krallığa işgüzar səfərlər etmişdir. Sonuncu işgüzar səfər 2018-ci ilin 26 aprel tarixində baş tutmuşdur.

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- 21-23 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Birləşmiş krallığa işgüzar səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 1996-cı ilin yanvar ayında Birləşmiş Krallığın xarici işlər naziri Malkolm Rifkind Azərbaycana işgüzar səfər etmişdır.

- 2013-cü ilin dekabr ayında Birləşmiş Krallığın xarici işlər naziri Vilyam Haq Azərbaycana səfər etmişdir.

- Ümumilikdə Birləşmiş Krallığa altı işgüzar səfər baş tutmuşdur. Sonuncu səfər Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tərəfindən 20-22 iyun 2023-cü il tarixlərində həyata keçirilmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ilin mart ayında təsis edilmişdir. Qrupun sədri millət vəkili Soltan Məmmədovdur.

 

Birləşmiş Krallıq Parlamentində də 2014-cü ildən etibarən Azərbaycan üzrə Qrup fəaliyyət göstərir. Qrupun sədri İcmalar Palatasının deputatı Bob Bləkməndir.

 

- 11-13 iyul 2022-ci il tarixlərində Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfər etmişdir.

- 18-20 sentyabr 2022-ci il tarixlərində Milli Məclisin sədri Sahibə Qafarova Ülyahəzrət Kraliça İkinci Yelizavetanın dəfn mərasimində iştirak etmək üçün Londona səfər etmişdir.

- 4 may 2023-cü ilin tarixində Milli Məclisin sədri Sahibə Qafarova Kral Üçüncü Çarlzın tacqoyma mərasimində iştirak etmək üçün Birləşmiş Krallığa səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Birləşmiş Krallıq arasında 26 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərimizin mühüm əsasını təşkil edir. Böyük Britaniya Azərbaycanda ən böyük xarici investor olaraq qalır. İndiyədək Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 34 milyard ABŞ dolları sərmayə qoyub ki, bu da Azərbaycana qoyulan bütün xarici investisiyaların təxminən 50%-ni təşkil edir.

 

Azərbaycanda 600 Britaniya şirkəti fəaliyyət göstərir.

 

2015-ci ildə Birləşmiş Krallıqla Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır. Sonuncu 6-cı iclas 7 dekabr 2023-cü ildə Bakıda keçirilmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

704.6

472

232.6

2020

454.5

157.53

296.97

2021

667.9

396.7

271.2

2022

1 036.2

779.5

256.7

2023

790.8

447.9

342.9

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı Səfirliyi

Ünvan: 4 Kensington Court, London W8 5DL, Böyük Britaniya

Rəsmi internet səhifəsi: www.london.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti