Yunanıstan Respublikası
Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında ikitərəfli münasibətlər
Yunanıstan Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci il tarixində tanımışdır.
Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında diplomatik münasibətlər 2 aprel 1992-ci il tarixində təsis edilmişdir.
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi 16 aprel 2004-cü ildən etibarən fəaliyyət göstərir. Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 27 may 1993-cü il tarixində fəaliyyətə başlamışdır.
Azərbaycan Yunanıstan ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulos:
20-22 iyun 2004-cü il – rəsmi səfər
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
12-16 avqust 2004-cü il – işgüzar səfər
(28-ci Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə)
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
16 – 17 fevral 2009-cu il - dövlət səfəri
- Yunanıstan Respublikasının Prezidenti Karolos Papulias:
5-6 aprel 2011-ci il - rəsmi səfər
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
15-17 iyun 2014-cü il - rəsmi səfər
Hökumət başçılarının qarşılıqlı səfərləri
- Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras:
19-20 may 2013-cü il - işgüzar səfər
- Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras:
19-20 sentyabr 2014-cü il – işgüzar səfər
(Cənub Qaz Dəhlizinin təməlatma mərasimində və “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə)
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Yunanıstan Respublikasının xarici işlər nazirləri qeyd olunan tarixlərdə Azərbaycan Respublikasına səfər etmişdir:
Theodoros Panqalos:
10-11 aprel 1997 - rəsmi səfər
Dora Bakoyannis:
1-2 iyul 2009 - işgüzar səfər
(ATƏT-in Sədri qismində)
Dimitris Avramopoulos:
29-30 aprel 2013 - rəsmi səfər
Nikos Kotzias:
02-03 fevral 2016 - rəsmi səfər
- Azərbaycan Respublikasının xarici işlər naziri qeyd olunan tarixlərdə Yunanıstan Respublikasına səfər etmişdir:
Elmar Məmmədyarov:
30 noyabr-2 dekabr 2009 - işgüzar səfər
(ATƏT Xarici İşlər Nazirlərinin 17-ci iclasında iştirak məqsədilə)
Elmar Məmmədyarov:
24-25 fevral 2011 - rəsmi səfər
Parlamentlərarası əlaqələr
AR Milli Məclisində Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupu 10 nəfərdən ibarətdir. Qrupun rəhbəri Bəhruz Məhərrəmovdur.
AR Milli Məclisinin sədri Oqtay Əsədov QDİƏT-in Parlament Assambleyasının iclasında iştirak etmək məqsədilə, 9-11 iyun 2008-ci il tarixində Yunanıstan Respublikasına işgüzar səfər etmişdir.
- AR Milli Məclisinin sədri Sahibə Qafarova AŞPA Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək məqsədilə, 20-22 oktyabr 2021-ci il tarixində Yunanıstan Respublikasına işgüzar səfər etmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 24 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri energetika naziri Pərviz Şahbazov, Yunanıstan tərəfindən həmsədr isə xarici işlər nazirinin müavini Konstantinos (Kostas) Fragkogiannisdir.
Ötən dövr ərzində Komissiyanın 4 iclası keçirilmişdir. Sonuncu iclas 26-27 may 2016-cı il tarixində Afinada baş tutmuşdur.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
99 950.14 |
93 841.51 |
6 108.63 |
2021 |
435 760.9 |
415 415.9 |
20 363.0 |
2022 |
1 420 184.7 |
1 391 812.2 |
28 372.6 |
2023 |
1 395 789.83 |
1 363 448.28 |
32 341.55 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi
Ünvan: Marathonodromon 13 və Papadiamanti küçələrinin kəsişməsi, 154 52, Psychiko rayonu, Afina şəhəri, Yunanıstan
Rəsmi internet səhifəsi: www.athens.mfa.gov.az
E-poçt: athens@mission.mfa.gov.az
Tel: +30 210 363 27 21
Faks: + 30 210 363 90 87