Waving Flag of Germany (Animated Gif)

 

Almaniya Federativ Respublikası

 

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər

Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi 2 sentyabr 1992-ci ildə açılmışdır. Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 22 sentyabr 1992-ci ildə açılmışdır.

Azərbaycan və Almaniya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf etmişdir. İki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir. 

17-19 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə Almaniyaya işgüzar səfər etmişdir.

14-15 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə Almaniyaya işgüzar səfər etmişdir.

2018-ci ilin avqustunda Almaniya Federativ Respublikasının Federal Kansleri Anqela Merkelin ölkəmizə səfər etmişdir.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransının iclaslarında iştirak etmək məqsədilə 17-19 fevral 2017-ci il, 16-18 fevral 2018-ci il, 15-17 fevral 2019-cu il və 14-15 fevral 2020-ci il tarixlərində Almaniyaya işgüzar səfərlər etmişdir.

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu vardır. Rəhbəri Nurlan Həsənovdur.

Almaniya Federativ Respublikası Bundestaqında Almaniya-Cənubi Qafqaz qrupu fəaliyyət göstərir. Rəhbəri Barbara Hendriksdir.

Müqavilə-hüquq bazası

Azərbaycan və Almaniya arasında 77 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

Almaniya Azərbaycanın Avropada ən vacib iqtisadi tərəfdaşlarından biri, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır.

2012-ci ilin 12 noyabr tarixində Bakıda açılmış Almaniya-Azərbaycan Xarici Ticarət Palatası Almaniyanın MDB məkanında Moskvadan sonra ikinci xarici ticarət palatasıdır. Qurumun hər iki tərəfdən 200-dən artıq üzvü vardır.

Azərbaycan Respublikası ilə Almaniya arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2016

399 192,01

610 831,4

1 010 023,41

2017

443 657, 44

450 462,03

894 119, 47

2018

659 912,85

780 847,43

1 440 760,28

2019

710 367,98

931783,43  

1642151,41

2020 

583 473,68

234 109,29 

817 582,97

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi.

Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrup 5 may 2011-ci ildə təsis edilmişdir.İşçi qrupun indiyədək 7 iclası keçirilmişdir. 1-ci iclas 19-21 oktyabr 2011-ci ildə Berlində, son 8-ci iclas isə 31 yanvar 2019-cu ildə Bakı şəhərində keçirilmişdir.

Diplomatik Nümayəndəlik

Azərbaycanın Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin ünvanı: Hubertusallee 43, 14193 Berlin

Səfirliyinin rəsmi internet səhifəsi: www.berlin.mfa.gov.az   

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti