Waving Flag of Estonia (Animated Gif)

Estoniya Respublikası

 

Azərbaycan Respublikası və Estoniya Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası Estoniya Respublikasının müstəqilliyini 6 dekabr 1991-ci il tarixində tanımışdır.

Estoniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 fevral    1992-ci ildə tanımışdır.

İki ölkə arasında diplomatik münasibətlər 20 aprel 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi 2010-cu ilin sonunda fəaliyyətə başlamışdır.

26 avqust 2014-cü il tarixində Estoniya Respublikasının Azərbaycan Respublikasında diplomatik ofisi açılmışdır.

12 iyun 2017-ci il tarixində Estoniya Respublikası xarici işlər naziri Sven Mikser Azərbaycana rəsmi səfər etmişdir.

01 dekabr 2017-ci il tarixində Estoniya Respublikası xarici işlər naziri Sven Mikser Azərbaycana rəsmi səfər etmişdir.

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Jalə Əhmədovadır.

Estoniya Parlamentində Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrup vardır. Qrupun sədri Sven Sesterdir.

Müqavilə-hüquq bazası

Azərbaycan və Estoniya arasında 15 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası mövcuddur. Sonuncu 3-cü iclas 7 aprel 2017-ci il tarixində Bakı şəhərində keçirilmişdir.

 

 

Azərbaycanın Estoniya ilə 2017-2021-cu illər üzrə ticarət dövriyyəsi

(ABŞ min dolları ilə)

 

Tarix

İdxal

İxrac

Ticarət dövriyyəsi

2017

2 526.59

699.97

3 226.56

2018

3 740.14

1 314.51

5 054.65

2019

2 141.36

2 594.7

4 736.06

2020

3 250.21

1 593.33

4 843.54

2021 yanvar-aprel

1 309.0

413.62

1 722.62

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik:

Azərbaycan Respubliksının Estoniyada Respublikasındakı Səfirliyi: Pirita tee 20 T, Tallinn 10127, Estonia

Səfirliyin internet səhifəsi: http://tallin.mfa.gov.az

 

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti