Waving Flag of Belgium (Animated Gif)

 

Belçika Krallığı

Azərbaycan Respublikası və Belçika Krallığı arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi 1995-ci ildə açılmışdır. Belçika Krallığının Azərbaycandakı Səfirliyi fəaliyyətə 2007-ci ildə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5-6 fevral 2017-ci il, 24 noyabr 2017-ci il, 11-12 iyul 2018-ci il, 13 dekabr 2019-cu il tarixlərində Belçika

Krallığına işgüzar səfərləri olmuşdur.

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun 18 dekabr 2020-ci ildə Belçika Krallığına işgüzar səfəri olmuşdur.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu vardır. Rəhbəri Kamal Cəfərovdur.

Parlamentlərarası İttifaqda Belçika Qrupunun Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan üzrə ikitərəfli bölməsinin sədri Tim Vandenputadır.

Müqavilə-hüquq bazası

Azərbaycan və Belçika arasında 8 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycanın Belçika ilə ticarət dövriyyəsi (mln. ABŞ $)

 

İl

Ticarət dövriyyəsi

İdxal

İxrac

2016

61,45

55.0

6,45

2017

75,29

62,03

13,26

2018

65,39

56,19

9,2

2019

77.50

70.9

6.5

2020

49,58

48,406

1.174

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik:

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin ünvanı:

282-284 Avenue de Tervueren, 1150 Brussels, Belgium

Səfirliyin internet səhifəsi: https://brussels.mfa.gov.az 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti